Zidan “Fənərbağça”nı çalışdıracaqbackend

Zidan “Fənərbağça”nı çalışdıracaq

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah Spor” nəşri məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi artıq 53 yaşlı fransalı mütəxəssislə ilkin anlaşmaya gəlib.

Zidan əməkhaqqı və müqavilə detalları ilə bağlı danışıqlar başa çatdıqdan sonra Türkiyəyə gələcək.

Xatırladaq ki, fransalı mütəxəssis 2016/2018 və 2019/2021 mövsümlərində “Real Madrid”in baş məşqçisi olub. Zidan 4 ildir işsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*