Zığ gölünə kütləvi axın: Doğrudan da müalicəvidir? – Videobackend

Zığ gölünə kütləvi axın: Doğrudan da müalicəvidir? - Video

Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən duzlu gölə üz tutan insanların sayı artıb.

KONKRET.az Xəzər TV-yə istinadla xəbər verir ki, bura kimisinə görə, möcüzəli, kimisi üçün isə müalicəvi göldür.

Suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün gölə girirlər. Ziyarətçilər bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkir, quruduqdan sonra isə yuyunurlar. pizza sifarişi

Vətəndaşlar bu gölün həm suyundan, həm də palçığından şəfa tapdıqlarını bildirirlər.

Həkimlər isə müalicə üçün yodlu gölə üz tutanlara diqqətli olmağı tövsiyə edirlər. İmmun sitemi zəif olan şəxslərin bu göldən istifadəsi təhlükəli ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*