“Zirə”nin perulu legioneri: “Ailəm üçün narahatam” – MÜSAHİBƏbackend

“Zirə”nin perulu legioneri: “Ailəm üçün narahatam” - MÜSAHİBƏ

“Zirə”nin perulu müdafiəçisi Alvaro Ampueronun apasport.az saytına müsahibəsi

– Koronavirus pandemiyası səbəbindən demək olar ki, bütün çempionatlar dayandırılıb. Siz bu infeksiyadan necə qorunursuz?
– Evdən çölə çox çıxmıram. Yalnız zərurət yarandığı təqdirdə – mühüm şeylər almaq üçün çölə çıxıram. Düşünürəm ki, bu çətin anlarda hamımız bunu etməliyik.

– Bu müddət ərzində Peruya qayıtmaq haqda düşünmüsüz?
– Xeyr, bununla bağlı klubla danışmamışam. Hazırda buradayıq və çempionatla bağlı yeni xəbərləri gözləyirik. Daha sonra necə olacağını, hər kəs üçün daha yaxşı nə olduğunu görəcəyik. Sadəcə ailəm üçün narahatam, amma sevindirici haldır ki, onlarla hər gün əlaqə saxlaya bilirəm.

– Ölkənizdəki vəziyyət necədir?
– Hazırda Peru çətin vəziyyətdədir. Orada virusa yoluxanların sayı Azərbaycanda yoluxanların sayından daha çoxdur. Peruda əhali evdən çölə çıxa bilmir. Məncə, bu hazırki günlər üçün ən doğru seçimdir. Çünki koronavirus çox təhlükəlidir. Xüsusilə də yaşlı insanlar üçün belədir.

– Paolo Maldini, Paolo Dibala, Daniel Ruqanı, Ezekiel Garay kimi məşhur futbolçular da koronavirusa yoluxub…
– Görünür ki, koronavirus hamı üçün təhlükəlidir. Çünki klinikalar insanlarla doludur, onlara indiki vəziyyətdə kömək etmək çətindir.

– UEFA futbolçuların maaşlarının gecikmə ilə ödənilməsinin problem olmayacağını bildirib. Əgər, klub maaşınızı bir aylıq gecikmə ilə verərsə və ya bir aylıq maaşınızı ödəməsə necə reaksiya verəcəksiniz?
– Hələ ki, burada belə bir şey baş verməyib. Ancaq gələcəkdə necə olacağını görəcəyik. Təbii ki, əməkhaqqı burada hər kəsə lazımdır. Bu normaldır. Vəziyyətin necə cərəyan edəcəyini hələ bilmirik.

– Azərbaycan Premyer Liqası aprelin 14-nə kimi təxirə salınıb. Həmin vaxta qədər artıq çəki alacağınızdan ehtiyat etmirsiz ki?
– Buna görə də ehtiyatlı olmalıyıq. Çünki liqanın nə zaman bərpa olunacağını da bilmirik.

– Peru mətbuatına açıqlamanızda demişdiniz ki, mövsüm sonunda karyeranızda dəyişiklik edə bilərsiniz. Maraqlıdır, Azərbaycanın başqa klublarından təklif almısınız, yoxsa mövsüm sonunda buradan ayrılmaq haqda düşünürsünüz?
– Mövsüm sonunda təkliflərə baxacam. Çünki mövsüm sonunda təklifləri nəzərdən keçirmək normaldır. Amma hər dəfə qeyd etdiyim kimi, hazırda “Zirə”dəki işimə köklənmişəm. Bu mövsümki hədəflərimizə çatmağa çalışacağıq. “Zirə”də və Azərbaycanda xoşbəxtəm.

– Apreldə çempionatın bərpa olunacağın və iyunun sonlarında mövsümün başa çatdırılacağına ümidiniz var?
– Ümidvaram ki, bütün dünya bu vəziyyətdən çıxa biləcək. Sonra isə biz yenidən öz işimizə konsentrasiya olub, bu mövsüm üçün nəzərdə tutulan məqsədlərimizə çatacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*