Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib.
KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, o, Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb.
Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb.
Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.
Məmmədova 2018-ci ilin yanvar ayında 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunaraq, Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu.