Ziyalının adı korrupsiyada, əxlaqsız və mənəviyyatsız işlərdə hallanırsa, VAY HALIMIZAbackend

Ziyalının adı korrupsiyada, əxlaqsız və mənəviyyatsız işlərdə hallanırsa, VAY HALIMIZA

Neçə gün əvvəl 7 suallıq bir müraciətim oldu. Məqsədim insanların ziyalılıq haqda fikirlərini və müasir dövrümüzdə icimai-siyasi, sosial proseslərə ziyalının hansı təsir və imkanlara malik olduğunu öyrənmək idi.
Söhbətimiz pis alınmasa da, lakin nəticə olduqca məyusedici göründü. Saysız-hesabsız narazılıq!!! Ziyallılığın çağdaş dəyərlərə cavab verə bilmədiyi və ya itirilmiş nüfuzu haqda fikirlər məndə belə təəssürat yaratdı ki, cəmiyyətin ziyalıya olan gözləntiləri aşağı həddən də tərəfədir.

İnamsızlığı doğuran səbəblər sırasında əsasən bunlar göstərilir: şəxsi maraqları, öz ad-sanı, şan-şöhrəti, ailəsinin firavan həyatı naminə ciliddən-cildə girən adam ziyalı adlandırıla bilməz. Ziyalıya olan mənfi münasibətlər gözlə görünməyən elə dərinliklərə yeriyib ki, düşdüyü quyudan nə zaman çıxsa belə əhəmiyyətsiz adam damğasını üzərindən götürməsi mümkün deyil.

Ziyalı əgər bu gün rüşvət alır, adı korrupsiyada, müxtəlif cinayətlərdə, əxlaqsız, mənəviyyatsız işlərdə hallanırsa istəyir 100 diplomu olsun, fərq etməz, o, ziyalı sayıla bilməz. Bu gün cəmiyyətdə yaltaqlığın, qorxunun və ələbaxımlığın vüsət almasının əsas baiskarı məhz ziyalı dediyimiz kəsimin adı ilə bağlıdır. Çünki insan adətən, tapındığı yerdən nümunə götürər…

Çox az qalıb. Çox az! Əslində bu azlıqla nə etmək olar?! Yanan üç-beş işıqla Vətənin hər səmtini aydınlatmaq olmaz! Xudu Məmmədovlar gərəkdir…Milli dərdlərə yalnız bu cür Kişilərin ürəyi dözməz!!! Partlayar!!!

Eldar SABİROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*