“Zob”u müəyyən etməyin SADƏ ÜSULUbackend

"Zob"u müəyyən etməyin SADƏ ÜSULU

Qalxanvari vəz pis işləyirsə, orqanizm buna çox kəskin reaksiya verir. Bundan sonra sağlamlıqla bağlı problem meydana gəlir.

KONKRET.AZ bildirir ki, ev şəraitində qalxanvari vəzi yoxlamaq üçün termometr kifayət edir!

Bununçün yalnız səhər tezdən öz bədəninizin temperaturunu düzgün ölçmək yetərlidir. Termometri gecədən 35 dərəcəyə qədər çırpın. Səhər yuxudan oyanan kimi termometri qoltuğunuzun altına qoyub 10 dəqiqə gözləyin.

Nəticəyə baxın. Əgər bədənin temperaturu 36,5 С-dən 36,8 С-ə qədərdirsə hər şey qaydasındadır. Qalxanvari vəz normal işləyir. Yox, əgər temperatur bu dərəcədən yuxarı və ya aşağıdırsa, orqanizmdə problem var. Temperatur aşağıdırsa, qalxanvari vəz öz funksiyasını tam olaraq yerinə yetirə bilmir. Əgər temperatur yüksəkdirsə orqanizmdə iltihab prosesi gedir. Hər iki halda konsultasiya üçün mütləq həkimə müraciət etmək lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*