Zöhrab Mnatsakanyandan KTMT baş katibinə təcili telefon zəngi – KÖMƏK İSTƏYİRbackend

Zöhrab Mnatsakanyandan KTMT baş katibinə təcili telefon zəngi – KÖMƏK İSTƏYİR

İyulun 13-də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan KTMT baş katibi Stanislav Zasla telefon danışığı keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyan məlumat yayıb.

Məlumata görə, nazir Mnatsakanyan KTMT baş katibinə iyulun 12-də Azərbaycanla sərhəddə Ermənistanın Tavuş mərzi istiqamətində atəşkəsin pozulması və 13 iyulda yenidən başlaması, habelə vəziyyətin daha da gərginləşməsinin nəticələri barədə ətraflı məlumat verib.

Nazir Mnatsakanyan KTMT üzvü olan ölkələrə münasibətdə bu cür hərəkətlərin yolverilməzliyini qeyd edib.

Nağdalyan xəbər verir ki, KTMT baş katibi ilə davamlı əlaqə saxlanılır və blok daxilində işlər davam edir.

Haşiyə: Ermənistanın baş diplomatının Belaruslu generala təcili telefon zənginin gizli məqamları açıqlanmasa da hər kəsə bəllidir ki, o, müharibə qızışarsa, KTMT-dən qabaqlayıcı tədbir kimi birbaşa kömək istəyib. Ancaq nazir unudur ki, hələlik Azərbaycanın özgə torpaqlarında gözü yoxdur. Rəsmi Bakının istəyi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərini geri qaytarmaqdır. Qərbi Azərbaycanda türklərin yaşadığı qədim el-obaya dönüş isə bundan sonrakı mərhələdir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*