Zohrabyan: “Azərbaycanda təxminən 250-dən çox hərbi əsirimiz var”backend

Zohrabyan: "Azərbaycanda təxminən 250-dən çox hərbi əsirimiz var"

 

“Bakıda saxlanılan hərbçilərimiz üçün hər gün əsl cəhənnəmdir”

KONKRET.az xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zohrabyan deyib.

O vurğulayıb ki, “Soros xuntasının parlamentdəki nümayəndələri gizlətməyə çalışsa da, bu gün təxminən 250-dən çox hərbi əsirimiz var. Bizim faktiki səlahiyyətlərimiz olmadığından, düşünürəm ki, bu məsələ ilə məşğul olan bütün ictimai qurumlar və xarici təşkilatlar bütün səylərini birləşdirməlidirlər. Bir-birimizlə əməkdaşlıq etməli, əldə etdiyimiz məlumatların mübadiləsini aparmalı, oğlanlarımızı türk əsarətindən qurtarmaq üçün başqa hansı addımların atılacağını anlamağa çalışmalıyıq. Vaxtımız yoxdur”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*