Zubir “Qarabağ”dan gedirbackend

Zubir “Qarabağ”dan gedir

“Qarabağ”ın futbolçusu Abdullah Zubir yayda komandanı tərk edəcək.

KONKRET.az xəbər verir ki, məlumatı “L Equipe” nəşri yayıb.

Bildirilib ki, fransalı yarımmüdafiəçi Qətərin “Əl Şahaniyə” klubuna keçəcək.

Artıq tərəflər müqavilə şərtlərini razılaşdırıblar. Transferin detalları açıqlanmır.

Xatırladaq ki, Zubir “Qarabağ”a 2018-ci ildə Fransa “Lans”ından keçib. 34 yaşlı vinger Ağdam komandasının heyətində 355 oyunda 77 qol və 94 məhsuldar ötürmə müəllifi olub. Onun hazırda klubla 2027-ci ilin iyununadək müqaviləsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*