Zukerberqin kapitalı ilk dəfə 100 milyard dolları keçdibackend

Zukerberqin kapitalı ilk dəfə 100 milyard dolları keçdi

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerbergin aktivləri ilk dəfə 100 milyard dolları ötüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Bloomberg agentliyi yayıb.

“Mark Zukerbergin xalis gəliri ilk dəfə cümə axşamı “Facebook”un TikToka rəqib olan servisin istifadəyə verilməsindən sonra 100 milyard dolları keçib”. Agentlik yazıb.

Bloomberg Billionaires Index-ə (BBI) görə, Zukerbergdən əlavə, Amazon şirkətinin direktoru Jeff Bezos və “Microsoft”un baş direktoru Bill Qeytsin də 100 milyard dollardan çox pulu var.

Bundan əlavə, Bloomberg aydınlaşdırıb ki, bu il Zukerberg 22, Bezos isə 75 milyardla zəngin olub.

Cümə axşamı günü edilən ticarət nəticəsində Facebook səhmləri 6,49% artaraq bir səhm üçün 265,28 dollara yüksəlüb.

Çərşənbə günü Facebook qısa “Instagram Reels” video servisini istifadəyə verildiyini elan edib.

Şirkət nümayəndəsinin qeyd etdiyi kimi, Reels dünyanın 50-dən çox ölkəsində, o cümlədən ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya və Avstraliyada istifadəyə verilib.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*