Xalq artisti Zülfiyyə Xanbabayeva Avroviziya Uşaq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Sona Əzizovaya dəstək nümayiş etdirib.
KONKRET.az bildirir ki, Xalq artisti Sona Əzizovanın mahnısını paylaşaraq, izləyicilərini ölkəmizə səs verməyə çağırıb:
“Sona qızımız, əminəm ki, Azərbaycanı layiqincə təmsil edəcəksən. Uğurlar”.
Qeyd edək ki, “Uşaq Avroviziya – 2021” müsabiqəsi dekabrın 19-u Fransada keçiriləcək. 19 ölkənin iştirak etdiyi müsabiqənin rəsmi şüarı “Imagine”-dir./Musavat.com