“Ermənistan Qarabağı itirərək əvəzində heç nə almadı”.
KONKRET.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi” partiyasının vitse-prezidenti Levon Zurabyan deyib: “Baş nazir Nikol Paşinyanın siyasəti ona gətirib çıxartdı ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Eyni zamanda, Azərbaycan qərb platformalarında istədiyini aldı. Paşinyan qarşılığında heç nə almadan Qarabağı qurban verdi”.
Zurabyan qeyd edib ki, Ermənistanın baş naziri indi reallığı təhrif etməyə və yalan danışmağa çalışır: “ATƏT MQ həmsədrlərinin təqdim etdiyi 5 rayonun qaytarılması ilə bağlı sənədi Paşinyan rədd etdi. Bəlkə də bu, bizim xilas yolumuz idi. Paşinyanın “Lavrov planı”na da yox deməsi Ermənistanı hazırkı vəziyyətə saldı. Bununla da bizim üçün nisbətən məqbul həll variantını rədd etməklə yanaşı, ölkəni müharibəyə sürüklədi”.
Daha sonra Zurabyan Paşinyanın ərazi güzəştləri mövzusunda qəti bəyanatlarını xatırladıb və bildirib ki, ermənilərin başına açdığı oyunu o, indi fərqli prizmadan təqdim edir.
Vəli Həsənov,
KONKRET.az