1 manata görə ölkəni biabır edənlər… – Taksi rəzalətibackend

1 manata görə ölkəni biabır edənlər... - Taksi rəzaləti

Tanınmış iqtisadçı Qubad  İbadoğlu ölkəmizdəki taksi xidməti ilə bağlı təəssüratlarına dair sosial şəbəkədə status yazıb. Konkret.az statusun aktual və maraqlı olduğunu nəzərə alaraq, onu oxuculara təqdim edir: 

***

Artıq 4 gündür ki, Bakıdayam. Bu günlər ABŞ-dan gələn qonaqlarla bərabər oldum. Onlarla birgə hərəkət etdiyim zaman qarşılaşdığım bir hadisədən çox məyus qaldım. İstərdim ki, məni məyus edən bu hadisəni sizinlə də bölüşüm.

Xarici qonaqlar üçün 9111 taksi xidmətindən sifariş etdiyim yol haqqı barədə onları məlumatlandırdım. Razı oldular. Sifariş qəbul olundu və çox keçmədi ki, Hunday markalı maşın gəldi. Yol gedərkən qonaqların istəyi ilə sürücüdən kondisioneri işə salmağı xahiş etdim. Mənzil başına çatarkən xarici qonaqlardan biri ödəniş üçün pulu sürücüyə uzatdı. Sürücü pulu alandan sonra mənə sarı dönərək ondan 1,5 manat çox götürəcəm dedi. Səbəbini soruşanda yolun yarısını kondisionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondinsioner işləyərkən mühərrik daha çox benzin “yeyir”. Sürücüyə xarici qonarların verdiyi pulun qalığını tam qaytarmağı məsləhət gördüm. “Mümkün deyil”, dedi. “Bununla Azərbaycanı hörmətdən salırsan” fikrimə də məhəl qoymadı. Bu variantda məsələnin həll edilmədiyni görüb, sürücüyə qonaqların pulunun qalığını tam qaytaracağı halda ona əlavə 2 manat ödəyəcəm təklifini verdim. Razilaşdı. Qonaqları yola salıb, 2 manatı sürücüyə uzatdım və sürətlə maşından aralandım ki, qonarlar görməsin, yoxsa biabır olarıq.

Bununla taksi xidməti göstərən şirkətin və bu sahədə çalışanların işgüzar nüfuzuna xələl gətirmək istəmirəm. Amma hesab edirəm ki, belə hallarınb baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə boşluqlardır.

Odur ki, taksi sifariş verəndə kondisionerlə və kondisionersiz qiymətləri ayrıca soruşun”.

Konkret.az qeyd edir ki, bu kimi hallar təkcə tanınmış iqtisadçının yox, hər kəsin başına gəlir. Bu yaxınlarda bir nəfərdən Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan 2 manatlıq yol üçün taksi sürücüsü 5 manat alıb, hələ bir-iki manat da “baqaj pulu” istəyib.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*