10-15 min manata toya gedən Brilyant Dadaşovanın balladasıbackend

10-15 min manata toya gedən Brilyant Dadaşovanın rüşvətxor məmur haqqında balladası - MÜNASİBƏT

Sosial şəbəkələrdə Brilyant Dadaşovanın rüşvətxor məmurlar haqqında mahnısı hələ də qızğın müzakirə edilir.  Onlar arasında bəyənənlərlə yanaşı videoya ironiya bəsləyənlər də az deyil. Məsələn, Sevda Manafova Ozkan adlı istifadəçi “Yaxşı oxuyur, amma o, rüşvətxorların toyunda oxuyub pul qazanan kim olur? Mən çox istərdim bu mahnını o toyların birində oxusun….”, – deyə Brilyantı daha cəsarətli olmağa çağırıb. İlqar Atabəyli isə Dadaşovanın çıxışına bir qədər başqa səpgidə yanaşıb: “Vətən mənə məmur desə, nə dərdim, zəli olub büdcəsində bitərdim…”

Teymur Mahmudov

Teymur Mahmudov isə öz növbəsində müğənnini yıxıb-sürüyüb:

“Brilyant Dadaşovanın başını kəs 10-15 mindən aşağı toya getməz, aldığı məbləğdən də ya vergi ödəməz, ya da çox cüzi ödəyər. Getdiyi məclislərin də böyük qismi məmur məclisləri. Amma rüşvətxor məmurlar haqqında tənqidi mahnı oxuyur. Sən o rüşvətxorların hesabına bu gün şellənirsən. Desən ki, yetimin biri səni arzulayır, toyunda görmək istəyir, başını kəs, gəlməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*