Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏTbackend

Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT

Bakıda bir elektrik avtobusu və onun şarj aparatının “Baku Bus” MMC-yə 544 min manata başa gəlməsi ictimai müzakirələr yaradıb. Bəzi vətəndaşlar bu qədər bahalı nəqliyyat vasitəsinə ehtiyac olmadığını bildirir, digərləri isə gedişhaqqına təsir göstərə biləcəyindən narahatdır.

Bu hal əlavə xərclər və artıma yol aça bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, elektrik avtobusu və onun şarj aparatının 544 min manata başa gəlməsi həmin qurumun büdcəsi üçün böyük rəqəmdir:

“Lakin bahalı nəqliyyat vasitəsinə ehtiyac olmadığı barədə iddialar əsassızdır. Çünki elektrik avtobusları həm iqtisadi, həm də ekoloji baxımdan səmərəli hesab olunur. Eyni zamanda elektrik avtobuslarının istifadəsi şəhərdə hava çirkliliyinin azalmasına və səs-küyün minimuma endirilməsinə də töhfə verir. Bu isə əhalinin sağlamlığı və şəhərin ekoloji vəziyyəti üçün mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə belə investisiyalar nəqliyyat infrastrukturunun modernləşməsinə və qənaətcil enerji istifadəsinə xidmət edir”.

Ekspert qeyd edib ki, yaxın vaxtlarda gedişhaqqının artırılması gözlənilmir:

“Amma elektrik avtobuslarının sayı artdığı halda bu mövzu gündəmə gələ bilər. Belə olan halda ya gedişhaqqı artırılmalı, ya da subsidiya hesabına mövcud tariflər qorunmalıdır. Xərclərin amortizasiyası üçün gedişhaqqının minimum 15-17 qəpik olması vacibdir. Bundan əlavə, elektrik avtobuslarının illik təmir xərcləri və sürücülərin təlimi də əlavə vəsait tələb edir. Buna görə də ya büdcədən əlavə maliyyələşmə olmalı, ya da ödəniş artırılmalıdır”.

  • Aytən
    Sentyabr 20, 2025 - 12:19

    104nömrəli marşut xəttinə nəzarət niyə edilmir?çox pis gündədi.gəldiyimiz marşutun təkəri qırıldı və əks yola düşdü.içində insanlar ola-ola.qorxudan uşaqlar nə günə qaldı.

  • Aygün
    Sentyabr 20, 2025 - 21:13

    0.50 qəpikdireeee avtobuslar.Bizdən niyə xərclərini çıxırlar.Gətirməy8n avtobuslari

  • Vüsalə
    Sentyabr 21, 2025 - 09:56

    191 nömrəli marşuruta nezarett edilsin .Oyun marşurut sürücüsü narkotik vasitə qəbul etmişdi göz baş şiş ne halda marşurut idare edirdi.Ne günde sürətli hemde dalagavari sürürdü.İceride ne uşaq yaşlı yıxıldı heç vecinə deyildi deyir möhkəm tutun.Seherlər ise minnmek olmur ise geden məktəbə gedən gecikir intervalı çox qoyurlar gelende de basa bas olur.

  • Sjsjjsjsj
    Sentyabr 21, 2025 - 19:48

    Bir zəhmət sərf etmir avtobus gətirməyin, biz boynumuza götürməmişik acından ölə ölə avtobusun avtobus sürücüsünün təliminin nə bilim nəyini xərclərini qarşılamağa. O qədər pulumuz varsa hər gün taksi ilə gedərik neynirik avtobusa minib pul verib hələ ayaq üstə gedirik

  • Smdb
    Sentyabr 22, 2025 - 20:15

    55 nömrəli avtobus pis gündədir

  • ZABRAT- QƏSƏBƏSİNİN SAKİNİ
    Sentyabr 26, 2025 - 07:11

    “KOROĞLU” METROSUNDAN ZABRAT-1 QƏSƏBƏSİNƏ İŞLƏYƏN 118″B” AVTOBUSUNU ÖLÜ DAŞIYAN ADLANDIRMIŞAM. ÇÜNKİ O GEDƏN SÜR’ƏTLƏ ANCAQ ÖLÜ DAŞIMAQ OLAR. İRAD BİLDİRƏNDƏ DƏ SÜRÜCÜ DEYİR Kİ, AVTOBUS NASAZDI, TORMOZ İSLƏMİR. YAVAŞ SÜRMƏYİ BİR YANA, HƏLƏ POLNI XOD BAYAĞI MUSİQİLƏRƏ DƏ SƏRNİŞİNLƏRİ QULAQ ASMAĞA MƏCBUR EDİR. DƏFƏLƏRLƏ İRAD BİLDİRMİŞƏM. NƏTİCƏSİ YOXDUR. BU AVTOBUS MARŞRUTU ÜÇÜN BİR ÖLÇÜ GÖTÜRMƏYİNİZİ XAHİŞ EDİRƏM.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*