10 min manatlıq tütün məmulatı oğurlayan 3 yeniyetmə saxlanıldıbackend

10 min manatlıq tütün məmulatı oğurlayan 3 yeniyetmə saxlanıldı

Dekabrın 28-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 10000 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu etməkdə şübhəli bilinən onlardan biri əvvəllər analoji cinayətə görə məhkum olunmuş 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*