Bir çox ölkələrdə qısa müddətli hərbi xidmət mövcuddur. Bəs Azərbaycanda bu sistemi tətbiq etmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hər ölkə hərbi xidmət məsələsinə öz coğrafiyası və milli maraqları prizmasından yanaşır:
![]()
“Avropada elə ölkələr var ki, hərbi xidmət könüllü əsaslarla həyata keçirilir. Bəzi ölkələrdə isə məcburidir. Azərbaycanda da, digər post-sovet ölkələrində olduğu kimi, hərbi xidmət məcburidir. Müxtəlif ölkələrdə xidmət müddətləri fərqlidir. Bəzi yerlərdə qısa müddət müəyyənləşdirilir və çağırışçılar toplanış vasitəsilə hərbi xidmətin əsas qaydaları ilə tanış olur, silahdan istifadə, rabitə, tibb və digər sahələrdə ilkin biliklər əldə edirlər”.
Ekspertin sözlərinə görə, qısa müddətli hərbi xidmətin Azərbaycanda tətbiqi gələcəkdə mümkün ola bilər, lakin hazırda bu, real deyil:
“Hazırda ölkə buna tam hazır deyil, həm də qanunvericilikdə dəyişiklik edilməlidir. Bizdə qanunvericiliyin dəyişdirilməsi kifayət qədər çətin və bürokratik prosedurlar tələb edir. Hazırda orta təhsillilər 1 il 6 ay, ali təhsillilər isə 12 ay xidmət keçirlər. Bu mövzu cəmiyyətdə müzakirə olunur və inanıram ki, yaxın gələcəkdə aktuallaşacaq. Xüsusən də elmə yönələn şəxslər üçün xidmət müddəti fərqli şəkildə təşkil oluna bilər”.
Aynurə İsmayıl
KONKRET.az

Ona görə Azərbaycan inkişaf etmir, xaricdə gəncləri bilik, zehni, mühəndislik və s yönülü inkişaf etdirilər və qabağa gedir ölkənin gələcəyi üçün, 1.6 ay müddəti çox uzundur, 18 yaşında olan bir gənc uşaq melli olur onun əlinə silah qoyulan yaş dövrü də sayılmaz vəya ailənin tək evladı Atasız, Anasız evladlara güzəşt vəya hərbi xidmətdən azad edilməlidir o ki gəncin dəstək dayağı olmadığı halda daha da çətinlik çəkəcəkdir və bu ailə halı olan gəncin hayatına böyük mənfi rol oynayır, hərkəsin evladı var və fərqli şaraitdə imlanıarda böyüyür ona görə tək tərəfli deyl hər tərəfli yanaşmaq düşünmək lazmdır🙏
Azərbaycan ordusu ABŞ da professional ordu kimi olmalıdır,5-10 orduda qulluq olurlar və onlar üçün hər yerə yaşıl işdır,məncə hələ olsa vacibdir.