10 minlik qızılı oğurlandı – Aeroportdabackend

10 minlik qızılı oğurlandı - Aeroportda

Gəncədə hava limanından sərnişinlərə məxsus çamadandan dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Tahir Sayadov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çamadandan ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T.Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*