10 sığorta agentinin lisenziyası ləğv edildibackend

10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) 9 fiziki şəxsə və 1 hüquqi şəxsə (“Gatevay Management Azərbaycan” MMC) verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

Bu barədə KONKRET.az-a AMB-dən bildirilib.

Məlumata görə, bu qərar iyunun 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Qərara əsasən, 3 fiziki şəxsin lisenziyası könüllü müraciət əsasında, 4 fiziki və 1 hüquqi şəxsin lisenziyası onun qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı üçün, 2 fiziki şəxsin lisenziyası isə 12 ay ərzində onun qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*