Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib.
KONKRET.az bizim.media-ya istinadən xəbər verir ki, bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.
2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir.
Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşdu. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc, bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10 faizlik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur – yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb.
Bu nisyə söhbətləri qurtarında.Əhalini barmağınıza dolamısınız.Hərgün “pensiyaçılara şad xəbər”başlığı altında nağıllar uydurursuz,bəsdida!!!!!
Doğrudanda, bəsdirin bu cılızlığı.
Bəsdirin azca yalakalıq etdiniz. İlhama dəstək verə verə milləti zəlil gününə qoydunuz. Bir dəfədə düzgün xəbər yazın.
…burda sevindirici ne var?!…
Göydən üç alma düşdü , hər üçü də nağıl danışanın )).
Pensiya yoxdu bizde qonşu ölkələrdə baxanda aydin olur her sahede kesibler pulumuzu
Bunlar yuxaridaki fasistlere gosulub milletin vaxtini yeyirler sistem uzre xalga dusmensiz