Fransa Prezidenti Emmanuel Makron Almaniyada səfərdədir. O, rəsmi görüşlərdən əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin “Bellevue” Sarayında böyük dövlət ziyafətində iştirak edib.
KONKRET.az xəbər verir ki, Makronun tədbirdə mimikaları “Bild” nəşrinin böyük marağına səbəb olub və məqalədə buna xüsusi yer ayırıb.
Sosial şəbəkə istifadəçiləri isə onun üz ifadələrini məşhur fransız aktyor Lui de-Füneslə müqayisə ediblər, hətta onu keçdiyini deyiblər, digərləri isə onu “100 sifət prezident” adlandırıblar.