11 may matəm günü elan edilib – 63 nəfərin teror qurbanı olduğu bu ÖLKƏDƏbackend

Əfqanıstanda 11 may matəm günü elan edildi

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə Prezidenti Əşrəf Qəni mayın 8-də Kabildə məktəb yaxınlığında baş vermiş partlayışla əlaqədar olaraq matəm günü elan edib.

Xatırladaq ki, həmin gün Kabildə üç partlayış baş verib. Nəticədə əksəriyyəti azyaşlı şagirdlər olmaqla, 63 nəfər həlak olub.
Əşrəf Qəni Taliban Hərəkatı, İŞİD kimi  cahil qrupların  bu cür hücumlarla əfqan uşaqların oxumasını əngəlləməyə və insanların gələcəyə ümidlərini qırmağa çalışdıqlarını vurğulayıb.

Eyni zamanda terrorçuların cavabının veriləcəyini deyib: “Onlar qətlləri dayandırmasalar, insanların daha çox nifrətinə və əfqan təhlükəsizlik qüvvələrinin daha çox təzyiqinə məruz qalacaqlar”.

Prezident partlayış zamanı həlak olanların ailələrinə kompensasiya veriləcəyini bildirib, həmçinin ölkənin Səhiyyə Nazirliyinə yaralananların diqqətdə saxlanılmasını tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*