12 uşaq atası olan 83 yaşlı yeni Küveyt əmiri kimdir?backend

12 uşaq atası olan 83 yaşlı yeni Küveyt əmiri kimdir?

Xəbər verdiyimiz kimi, Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.

KONKRET.az-ın məlumatına görə, Küveytin yeni əmiri Mişal əl-Əhməd əl-Cabir əs-Sabah olub.

1940-cı il ildə anadan olan Şeyx Məşəl Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın qardaşıdır.

Şeyx Məşəl ibtidai təhsilini paytaxt Küveytdəki Mübarəkiyyə məktəbində alıb. O, təhsilini İngiltərədəki Hinden Polis Kollecində davam edib və 1960-cı ildə oranı bitirib.

Şeyx Məşəl Küveytin Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsi ilə 1967-1980-ci illərdə Dövlət Təhlükəsizliyi Təşkilatının rəisi vəzifəsində fəaliyyət göstərib. O, 2004-cü ildə Milli Qvardiyanın rəis müavini olub. Küveyt əmiri Şeyx Nəvafın 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şeyx Məşəl vəliəhd təyin edilib.

Şeyx Məşəlin 7-si qız olmaqla ümumilikdə 12 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*