Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz…backend

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Azərbaycanda vətəndaşlar götürdükləri krediti vaxtından əvvəl bağladıqları halda belə, onlardan tam faiz tələb olunur. Hərçənd, dünyanın müxtəlif ölkələrində erkən ödəniş zamanı faiz tutulmur. Bəs Azərbaycan bu təcrübədən faydalana bilərmi?

Bu barədə KONKRET.az-a Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov açıqlama verib.

Onun sözlərinə görə, banklar kredit verərkən gəlir proqnozlaşdırdıqları üçün müştəri borcu vaxtından əvvəl ödəsə belə, faizlərin tam şəkildə ödənilməsini tələb edirlər:

“Bu, əksər hallarda kredit müqaviləsində öz əksini tapır. Amma ədalətsiz yanaşmadır. Hesab edirəm ki, Mərkəzi Bank sözügedən məsələyə xüsusi diqqət yetirməli, qanunvericilik tərəfdən isə millət vəkilləri bunu qabartmalıdır”.

Ekspert bildirib ki, dünya praktikasında belə bir tətbiq yoxdur:

“Avropa ölkələrində, məsələn Fransada, vaxtından əvvəl ödəniş edilirsə, yalnız həmin aylar üzrə faizlər hesablanır, maksimum 1-2 faiz əlavə vəsait tutulur. ABŞ-da isə fərqli praktika mövcuddur , müştəri vaxtından əvvəl ödədikdə əsas borcu və erkən ödəniş cəriməsini ödəyir. Bu cərimə təqribən 3-4 faiz təşkil edir. Rusiyada, Gürcüstanda və Türkiyədə də yalnız həmin ayadək hesablanan faizlər ödənilir, qalanları silinir”.

Asif İbrahimov qeyd edib ki, Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi mümkündür:

“Ən azından ABŞ praktikasını tətbiq etmək olar. Erkən ödəniş üçün müəyyən cərimə müəyyənləşdirilsin, amma müştəri tam faiz ödəmək məcburiyyətində qalmasın. Təəssüf ki, banklar proqnozlaşdırdıqları mənfəətdən kənara çıxmaq istəmədikləri üçün buna getmirlər”.

Aynurə İsmayıl

KONKRET.az

  • Ceyhun
    Sentyabr 23, 2025 - 08:04

    Çox mənasız xəbərdir.
    Mütəxəssizdəki sanki yeni söz dedi.
    Əgər belə bir hal ilə üzləşmisinizsə, həmin bankın adını çəkin.
    Amma, çəkə bilməycəksiz. Çünki, bizdə belə bir bank yoxdur.

  • Pərviz
    Sentyabr 23, 2025 - 13:10

    Azərbaycanda Xalqın xeyrinə hec bir qərar verilmir! Çünki ölkəyə nəzarət edən maraqlanan yoxdu. Ona gorə Nazir deputatlarin çox elə vecinədi. Əksinə olarada ordan pay çatır

  • Tahir
    Sentyabr 24, 2025 - 00:12

    Hətta Rusiyada belədir bizdə isə bank sistemi 18 əsrdən bəri inkişaf etməyib?

  • Sabiw
    Sentyabr 24, 2025 - 08:34

    Niye mes cerime her iwinizde cerime var her addim cerime bezdirdiniz!beyin yorulur bir normal duwince terzi yoxdu olkede

  • Rövşən
    Sentyabr 24, 2025 - 08:44

    Mən hər ay həm vaxtından tez həm də artıq ödəyirəm. 3 ilə olan krediti 2 ilə bağlayıram. Nəticədə çox cüzi miqdarda qabağa düşmüş oluram.

  • İsmayıl
    Sentyabr 24, 2025 - 08:46

    Salam mən banov bakıdan kredit götürdüm ödənişlərində problem yarandı və məni çağırıb güya mənə güzəşt edib – aylığımı 530 AZN dən 402 AZN nə saldı mənə cədvəli axırda göstərdilər cədvələ baxdım ki 402 AZN dən 10 AZN borcdan silinir 392 AZN isə faizə çıxır bu böyük bir haqsızlıqdır məndə ödəyirəm qoy versin məhkəməyə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*