Tailandda 13 yaşlı oğlunun ölümündə təqsirləndirilən rusiyalını ölüm cəzası gözləyir.
KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, bədbəxt hadisə rusiyalı ailənin Surin adalarına səfər zamanı baş verib. Bəzi şahidlərin sözlərinə görə, kişi oğlunu öldürmək niyyətində olmayıb. Onunla əylənmək üçün oğlunu suya atıb. Amma bədbəxtlikdən uşaq qayığın pərinə ilişib və həlak olub. Tailand polisi həmin şəxsi həbs edib və ona qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib. Atanın günahı sübuta yetirilərsə, ölüm cəzası gözləyir.
Vəli Həsənoğlu,
KONKRET.az