Qazaxıstanda zəhərlənən şagirdlərin sayı 300-ə çatdı – YENİLƏNDİbackend

Qazaxıstanda zəhərlənən şagirdlərin sayı 300-ə çatdı - YENİLƏNDİ

Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində 300-ə yaxın məktəbli zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.

Qeyd edək ki, bundan əvvəl 141 uşağın zəhərləndiyi bildirilirdi.

***

Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.

Bu barədə KONKRET.az yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, – məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*