2020-ci ildən sonra Azərbaycanın Paşinyanın qarşısında qoyduğu ƏSAS TƏLƏBLƏRbackend

2020-ci ildən sonra Azərbaycanın Paşinyanın qarşısında qoyduğu ƏSAS TƏLƏBLƏR

2020-ci il müharibəsindən sonra Azərbaycan Nikol Paşinyan qarşısında bir sıra tələblər qoyub.

KONKRET.az xəbər verir ki, bu fikirləri Mesrop Arakelyan “hraparak.am” saytında yazıb.

Müəllif həmin tələblərin adlarını açıqlayıb:

– Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması
– Qarabağın tamamilə ermənilərdən təmizlənməsi
– Zəngəzur dəhlizinin təminatı
– Dörd kəndin qayıdışı
– Anklavların qaytarılması
– Azərbaycanlıların Ermənistana qayıtması
– Konstitusiyaya dəyişikliklər

Mesrop Arakelyanın fikrincə, Azərbaycanın strategiyası belədir:

“Vəziyyətlə bağlı bir sıra tələblər irəli sürmək və tələblərdən biri üçün Nikol Paşinyan və beynəlxalq ictimaiyyətdən dəstək almaq, qalanlarını müvəqqəti ertələmək. Bu, Azərbaycanı “kompromissə gedən ölkə”, Nikol Paşinyanı isə “qalib” edir, çünki Azərbaycan bir neçə tələbi ertələyib.
Nəticə etibarı ilə Ermənistan Azərbaycanın tələblərini bir-birinin ardınca yerinə yetirir.
Bəs biz nə etməliyik?
Azərbaycanın təklif etdiyi oyundan imtina etmək, ağlabatan və real tələblər irəli sürərək beynəlxalq ictimaiyyətin dəstəyi ilə Azərbaycana yeni oyun təklif etmək.
Amma əvvəlcə Ermənistanı təmsil edən hakimiyyəti dəyişmək lazımdır”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*