“Azərbaycanın 15 erməni əsiri mina xəritələri müqabilində Ermənistana verməsində vasitəçi olduğumdan məmnunam”.
KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” televiziyasına yekun müsahibəsində deyib. O, Azərbaycanın 15 erməni hərbi əsirinin minalanmış xəritələr müqabilində Ermənistana verilməsində vasitəçinin rolu ilə bağlı sualı cavablandırıb.
“Hər şey birdən kortəbii şəkildə baş verdi. Mən şəxsən iki ölkənin liderləri ilə danışıqlar apardım. Mənim Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yaxşı, isti münasibətlərim var. Bizim açıq, qardaşlıq münasibətlərimiz, maneəsiz birbaşa təmaslarımız var.
Bu, Tbilisi üçün regionda yeni reallıqlar yaratmaq üçün gözəl fürsətdir. Ermənistan və Azərbaycan liderləri regionda sülhün bərqərar olmasında maraqlıdırlar. Region ölkələri bu cür presedentlərdən ancaq faydalanacaqlar. Bu mühüm presedent idi. Şadam ki, bütün bunlar mənim birbaşa vasitəçiliyim zamanı baş verib”, -deyə Qaribaşvili bildirib.
Xuraman Etibarlı,
KONKRET.az