“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağında çalışan əməkdaşlar maaşlarının uzun illərdir artırılmamasından şikayətləniblər.
KONKRET.az xəbər verir ki, qovşağın Cari planlama sektorunda 1996-cı ildən texnik kimi çalışan Vəliyeva Zülfiyyə redaksiyamıza müraciətində bildirib ki, artıq 29 ildir müəssisədə işləyir, amma son 11 ildə əməkhaqqlarında heç bir dəyişiklik olmayıb:
“Hazırda maaşım 552 manatdır. Bu, təkcə mənim yox, bütün işçilərin problemidir. Dəfələrlə rəhbərliyə müraciət etmişik, hətta Aztelekom MMC-nin baş direktorunun qəbulunda olmuşuq. Amma deyirlər ki, onların səlahiyyəti çatmır. Bizim maaş artımı yalnız nazirin əmri ilə ola bilər, amma 11 ildir Rabitə və Yüksək Texnologiyalar naziri tərəfindən belə bir sərəncam verilmir”.
Şikayətçi iddia edir ki, qurum gəlirli sahələrdən biri olmasına baxmayaraq, bu gəlirdən əməkdaşlara pay çatmır.
“Aztelekom SOCAR-dan sonra gəlirinə görə ikinci yerdədir. Hazırda Sumqayıtda genişmiqyaslı “gifonlaşma” layihəsi çərçivəsində tonlarla kabellər çıxarılır və satılır, amma o gəlirdən işçilərə heç bir bonus verilmir. Ən çox maaş alan əməkdaş 600–650 manata qol çəkir. Yalnız şöbə müdirləri əlavə bonuslar alır”.
Şikayətçilərin sözlərinə görə, işçilər maaş artımı məsələsini qaldıranda onlara “struktur dəyişikliyi olacaq, danışmayın” deyə xəbərdarlıq edilir.
KONKRET.az məsələ ilə bağlı “Aztelekom” MMC-yə sorğu ünvanlayıb. Qurumdan verilən cavabda bildirilib ki, əməkhaqqı artımları ölkə üzrə minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı tətbiq olunur:
“Məlumat üçün bildiririk ki, “Aztelekom” MMC-də əməkhaqqı artımları ölkə üzrə minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı tətbiq edilir. Sonuncu dəfə bu artımlar 2025-ci ilin 1 yanvar tarixində həyata keçirilib. Bundan əlavə, “Aztelekom” MMC-nin maliyyə imkanları və biznes tələbləri nəzərə alınmaqla əməkhaqqı artımı istiqamətində müvafiq addımlar atılır. Bununla yanaşı, əməkdaşların mükafatlandırılması üçün cəmiyyət daxilində mexanizmlər mövcuddur və bu çərçivədə mütəmadi tədbirlər həyata keçirilir”.
Müşviq Tofiqoğlu
KONKRET.az

Toxun acdan ne xeberi
11:31
“Aztelekom” MMC ondan sikayat edan va problemini mediada
ictimailasdiran amakdaslarini cazalandirmaga baslayib.
Bela ki, ötan hafta Anxeber.Az-da müraciati yayimlanan
“Aztelekom” MMC-nin Sumqayit Telekommunikasiya qovsaginda
cari planlama sektorunda 1996-c ildan texnik kimi çalisan
Valiyeva Zülfiyya imtahan adi ila isindan uzaqlasdirilib.
Z.Valiyeva amak haqlarinin uzun illardir artirilmadigini bildirmisdi.
Bu müraciati mediada isiqlandirildiqdan sonra isa Sumqayit
Telekommunikasiya qovsaginin insan resurslarinin rahbari Farida
asadova ona isdan azad olundugunu bildirib.
Bu barada saytimiza malumat veran Zülfiyya Valiyeva haqsizliqla
üzlasdiyini söylayib. Onun sözlarina göra, heç bir asas olmadan,
imtahandan kasilmak bahanasi ila isindan kanarlasdirilib.
Rabitaçi qeyd edib ki, bu sahada 29 ildir çalisir va böyük tacrüba
sahibidir.”Man Baki Dövlat Rabita va Naqliyyat kollecini
bitirmisam. Rabita sektorunda 29 illik tacrübam var. Ancaq maag
artimi ila bajl etdiyim naraziliq va masalanin mediaya çlxmasl
mana qarsi tazyiqlara sabab oldu. Halbuki isdan çixarilmaq üçün
heç bir asas yoxdur. Üstalik, tak anayam, üzarimda böyük
qaygilar, masuliyyat, xarclar var. Bela bir vaxtda Sumqayit
Telekommunikasiya qovsaginin qarari ham qanunsuzluq, ham
haqsizliqdir”,- deya Zülfiyya Valiyeva müraciatinda bildirib.
O,”Aztelekom” MMC-nin bas direktoru vazifasini müvaqqati icra
edan Hasan Ömarovdan, nazir Rasad Nabiyevdan kömaklik
göstarilmasini xahis edib.”Man demisdim ki, son 11 ilda amak
haglarinda heç bir dayisiklik olmayib. avvalki müraciatimda
demisdim ki, maasim 552 manatdir. Bu, takca manim yox, bütün
isçilarin problemidir. Hatta tak mana yox, bir sahid ailasina qarsi
da haqsizliq edilir. Dafalarla rahbarliya müraciat etmisik, hatta
“Aztelekom” MMC-nin bas direktorunun qabulunda olmusuq.
Amma deyirlar ki, onlarin salahiyyati çatmir. Bizim maas artimi
yalniz nazirin amri ila ola bilar. Amma 11 ildir Rabita va Yüksak
Texnologiyalar naziri tarafindan bela bir sarancam verilmir. Man
da kömaklik göstarilmasini xahis etmisam”.
Z.Valiyeva saytimiza qeyd edib ki, Sumqayit Telekommunikasiya
qovsagl isdan çlxarmaq qarar ila Prezident ilham aliyevin
sarancamlarina qarsi çixir:”Çünki tak ana, banklara borcu olan
birina qarsi bu addim yolverilmazdir. amak Macallasi var,
qanunlar var, sababsiz yera isdan çixarmaja asaslari ola bilmaz.
Man dövlat rahbarliyindan va canab nazirdan müraciatima sas
vermasini istayiram. Xahis ediram ki, üzlasdiyim haqsizliqla bagl
arasdirma aparilsin. Man düz söz dediyim üçün cazalandirirlar va
bunun qarsisini almaq lazimdir”.