15 gün komada qalan 32 yaşlı reper vəfat etdibackend

15 gün komada qalan 32 yaşlı reper vəfat etdi

Dekabrın 12-də başından güllə yarası alan OG Maco ləqəbi ilə tanınan reper Benedikt Çiadculam İhesiba dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, başından güllə yarası alaraq ağır vəziyyətdə Los-Ancelesdə xəstəxanaya yerləşdirələn 32 yaşlı amerikalı reper 15 gün komada qalıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. O, dekabrın 27-də vəfat edib.

İlkin məlumata görə, reper səhər saatlarında evində tapılıb. OG Maco-nun yanında odlu silah olub.

Qeyd edək ki, 2019-cu ildə ona ət yeyən xəstəlik – nekrotizan fasiit diaqnozu qoyulub. Düzgün müalicə olunmaması səbəbindən reperin üzünün çox hissəsi deformasiyaya uğrayıb. İhesiba ağır depressiyada olub.//Axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*