15 Karib ölkəsi Britaniyadan təzminat tələb edəcəkbackend

15 Karib ölkəsi Britaniyadan təzminat tələb edəcək

Karib hövzəsi ölkələri Britaniyadan kölə ticarətinə görə ən azı 269 milyard dollar təzminat tələb edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Karib hövzəsinin 15 hökumətindən ibarət qrup oktyabrın 21-də Birlik hökumət başçılarının Samoada keçiriləcək iclasında təzminatların ödənilməsi məsələsinə baxmağa yekdilliklə razılaşıb.

Sentyabr ayında BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edən Barbados Baş naziri Mia Mottli bəyan edib ki, kölə ticarəti və müstəmləkəçilik üçün kompensasiyalar beynəlxalq münasibətlərdə “qlobal sıfırlama”nın bir hissəsi olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*