Fərdi avtomobillərdən istifadə qadağan ediləcək – Paytaxtda “qiyamət”backend

Fərdi avtomobillərdən istifadə qadağan ediləcək - Paytaxtda "qiyamət"

AYNA-nın Bakının nəqliyyat sisteminə vurduğu zərbə artıq qırmızı xətti keçib. Bu qurumun yaratdığı problemlər səbəbindən şəhərdəki nəqliyyat sistemi demək olar ki, iflic vəziyyətinə düşüb. Tıxac fəlakət həddindədir, marşrutlarda gecikmə halları artıq adi hala çevrilib, paytaxt sakinləri və qonaqları diskomfort həyat tərzi yaşamağa məcbur olub. Bunu yüngülləşdirmək üçün müxtəlif tədbirlər görmək əvəzinə haqsız cərimələrin də sayı artıb. Alternativ marşrutlar yaratmaq yerinə ictimai nəqliyyatdan düzgün istifadə edilməsi üçün maarifləndirmə işləri sıfır vəziyyətinə düşüb. Sürücülər belə problemlərdən başını itirib. Bu vəziyyət nəinki Bakıda, eləcə də Azərbaycanın digər şəhər və qəsəbələrində ciddi narahatlıq doğurur. Hökumət, daha dəqiq desək, Nazirlər Kabineti isə ya susur, ya da problemləri həll etmək iqtidarında olmadığını əyani nümayiş etdirir.

Nəqliyyat sistemindəki problemlərin həll edilməməsi bir yana, ictimai nəqliyyatla bağlı daha absurd qərarlar verilir, avtobus və metroda sıxlığın aradan qaldırılması məqsədilə heç bir tədbir görülmür.

Eynilə çoxmərtəbəli binaların tikintisinin Bakıya vurduğu ziyanın miqyası ölçülmür, bununla bağlı əhəmiyyətli proqramlar hazırlanmır. Azərbaycan Prezidentinə problemin ciddiliyi barədə məruzə edilmir və yaxud zamanla sakinlərdə problemə immunitet formalaşdırmaq niyyəti hiss edilir. Artıq Bakı elə bir vəziyyətə salınıb ki, burada yol infrastrukturunun təkmilləşdirilməsi mümkün deyil. Yəni yeni yollar salına bilməz, genişləndirilməsi bir sıra narahatlıqlar yaradar, yeni körpülər və tunellərin inşasından isə, ümumiyyətlə, danışmaq yersizdir.

Alternativ nəqliyyat formalarının təşviqindən də söhbət belə gedə bilməz. Nə dövlət qurumları, nə QHT-lər, nə də media bu missiyanı üzərinə götürür.

Bu arada yaradılan velosiped yolları COP29 ərəfəsində sanki “suvenir” kimi göz oxşayır. Parkinqlər pullu olsa da, bu sahədə çox dəhşətli faktlar gizlənir.

Nəqliyyatın idarəetmə sistemlərinin tətbiqi isə AYNA-nın ağlına gəlmir. AYNA rəhbərliyi öz yarıtmaz fəaliyyəti ilə trafik yol nişanlarının quraşdırılmasında ciddi xətalara və nöqsanlara yol verir.

Əlbəttə ki, yol hərəkəti qaydaları və təhlükəsizlik mövzusunda DYP də günahkardır. Tıxacların qarşısının alınması məqsədilə geniş miqyasda tənzimlənmələr həyata keçirilmir. Yalnız nüfuzlu qurum rəhbərlərinin getdiyi marşrutlar üzrə yol polislərinin tənzimlənmə fəaliyyətini görmək olar. Şəhərin digər yerlərində isə günün ayrı-ayrı saatlarında əsl qiyamət yaşanır. Tıxaclı bölgələrdə alternativ marşrutların müəyyənləşdirilməsi və monitorinq sistemlərinin tətbiqi isə yəqin ki, bundan sonra da aparılmayacaq.

Dövlət və özəl sektorların əməkdaşlığı ilə bağlı niyyətlər isə arxa plana keçib. Nəqliyyat layihələrinin həyata keçirilməsinə özəl sektorun cəlb edilməsi də həvəssiz şəkil alıb.

Artıq AYNA Bakıda elektrik enerjisi ilə işləyən nəqliyyat sistemlərini geniş tətbiq etməyi belə düşünmək istəmir. Aparılan müzakirələrdə bu qurumun səsi heç qeybdən də gəlmir. Axı metro, tramvay, trolleybus şəbəkələri yaratmaq, fərdi maşınlardan istifadə tələbini aradan qaldırmaq üçün elektrik velosipedləri və motosikletlərinin istifadəsini artırmaq məqsədilə yeni layihələrə start vermək bu qədərmi çətindir? Nəyi gözləyirsiniz, cənablar? Bakıda həyatın tam dayanmasınımı?

Məgər dövlətin hesabına dünyanı gəzən məmurlar, məsul şəxslər tıxacların aradan qaldırılması üçün dünya təcrübəsindən xəbərsizdirlərmi? Ya da bununla bağlı niyə araşdırma aparılmır? Əgər belə təkliflər yoxdursa, bir zəhmət, bizi oxuyun və mövcud yanaşmaları imkan daxilində tətbiq edin.

Əvvəla, dünyanın bir çox şəhərində, məsələn, London və Tokiodakı mükəmməl ictimai nəqliyyat sistemlərini Bakıda tətbiq etmək olardı. Azərbaycan Dəmir Yolu QSC-nin “gecikən qatarlar” fəaliyyəti ilə biz hələ nə qədər sürünməliyik? Sumqayıt, Xırdalan və digər iri yaşayış məntəqələrindən nəqliyyat axınını tənzimləmək niyə belə çətin olub? Yaponlardan sizin nəyiniz əskikdir?! Ancaq büdcə dağıtmaq, varlanmaq, sosial şəbəkələrdə və mediada gedən haqlı tənqidləri qulaqardına vurmaqmı gəlir əlinizdən? 

İkincisi, yol idarəetmə sistemlərini bir neçə ildir ki, niyə inkişaf etdirə bilməmisiniz? Sizə nə mane olur? Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri niyə ala-yarımçıq həyata keçirirsiniz?

Bir çox inkişaf etmiş ölkələrdə avtomatlaşdırılmış yol idarəetmə sistemlərini niyə nəzərdən keçirmirsiniz? Niyə xalqın qarşısına keçib bu barədə lazımı məlumat vermirsiniz?

Görəsən, AYNA-nın Tıxac Vergi Sistemindən xəbəri varmı? Məsələn, Sinqapur və Londonda tətbiq olunan tıxac vergisi avtomobillərin mərkəzi bölgələrə girməsini məhdudlaşdırır. Bu yanaşma tıxacları azaltmağa kömək edir.

Sinqapur, Pekin, Honk-Kong və Mexiko kimi şəhərlərdə velosiped infrastrukturunun inkişafı yalnız yol çəkməklə bitməyib. Bir çox şəhərdə, məsələn, Amsterdamda velosiped yolları genişləndirilməklə insanlar arasında velosipedlə bağlı məsələ həm təşviq edilir, həm də buna məcburiyyət yaradılıb.

Bakıda ağıllı parkinq sistemləri yaradılmalıdır. Bu sistemə görə, insanı yönəldən parkinqlər var. Məsələn, San-Fransiskoda tıxacların azaldılmasında bu tətbiq öz effektivliyini göstərib, çünki sürücülər park yerini axtararkən tıxac yaratmırlar.

Marşrutları birləşdirən xidmətlərdən heç danışmırıq. Bu, daha az avtomobilin yolda olmasına kömək edir. Bunun başqa forması tıxac azaltma kampaniyalarıdır. Müxtəlif şəhərlərdə, məsələn, Nyu-Yorkda, “İş yerində tıxac azaldılması” kampaniyaları həyata keçirilir, insanların alternativ nəqliyyat vasitələrindən istifadəsi təşviq edilir.

Bu yanaşmalar müxtəlif şəhərlərdə tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən strategiyalardır və onların müvəffəqiyyəti şəhərin spesifik şərtlərindən asılıdır.

Natiq Səlim,

KONKRET.az

  • Hürnisə Nicatqızı
    Oktyabr 12, 2024 - 19:20

    O qədər gözəl qeyd etmisinizki.İnsan öz şəxsi avtomobili ilə harasa çıxa bilmir tıxac əlindən.İstəyir taksi,metro və ya marşrutla getsin, bunlarında hərəsinin öz problemi.Metroya umumiyyətlə yaxınlaşmaq olmur.Şəxsi avtomobillə çıxırsan zamanın çoxu tıxacda keçir, buda azmış kimi evə çatmamış cərmə səndən tez çatır.Elə bir xaus yaşayırıq ki ,ad qoymaq olmur.Ayna ancaq haqqa girmək, cibin doldurmaq, bilə istəyə tıxac yaratmaqla məşğuldur.Bundan öncədə tıxaclar vardı, amma indi dözülməzdi.İnsan bilmir dərdin kimə desin.Yuxarıda oturanların hamısı bir birindən betər….

    • Osmanov Məsim
      Oktyabr 13, 2024 - 14:40

      Yollarda tıxacdan bircə çıxışı yolu var .bayrağ meydanından ziga dənizin ustiylə körpu salmağda

    • Məhbub
      Oktyabr 13, 2024 - 21:06

      Məqalədə deyilənlər düzdür. Tıxaclar artıq şəhərətrafı yolları da pis hala salır. DYP işçiləri çox az gözə dəyir. Təklif edərdim maşınlar tək və cüt günlərə bölünsün yəni tək günlər ancaq icazə verilən maşınlar yola çıxa bilər, cüt günlər də digər icazəli maşınlar yola çıxa bilər, nəticədə yollarda maşınların sayı yarıbayarı azaldılır. Qalan detalları işləyib hazırlamaq olar.

  • Nihad
    Oktyabr 12, 2024 - 21:07

    AYNA- da bir nəfər vicdanlı xalqı istəyən insan yoxdu. Olsa insanlara belə zülm etməzlər. Allah hamısının belasın versin. Hər elektron cərimə protokolu gələndə AYNA bütün baş bilənlərin, bütün ceriməyə səbəb olan şexslerin nəsil necabetini yad eliyirəm. Esebim başqa cür soyumur.

    • Vüqar
      Oktyabr 13, 2024 - 00:13

      AYNA yalnız kasıb təbəqə,daydayı olmuyan bedbext kasibin qanını içməyə yaradılmış qurumdu

  • Həsən
    Oktyabr 12, 2024 - 21:28

    Yol polisi heç bir iş görmür Daha da tıxac yaranmasına səbəb olur Harda görsə ki tıxac var sirenanı yandırır özünə yol açıb aradan çıxır

  • Samir
    Oktyabr 12, 2024 - 22:16

    Çünki, özləri həmin tıxaclı yollardan istifadə etmirlər. Ya işə getmirlər, ya da iş yerini tıxacdan əvvəl tərk edirlər ki, tıxaca düşməsinlər, onların fikrincə isə tıxac prablemini də mən həll etməliyəm. Başları pul yığmağa qarışıb, allah sonunu xeyirli etsin.

    • Nızamı
      Oktyabr 13, 2024 - 19:46

      Vəzıfəlilər txacdan DYP-nin müşahidəsi ilə, sürətlə keçib, gedir. Ona göpə də, vəziyyət düzəlmir

  • Vüqar
    Oktyabr 13, 2024 - 00:12

    varlıların evindeki 5 maşın,varlıların tikdiyi milyonluğ vilalar,milyonluğ satddığ uçun tikdirdiyi binaların çıxardıöı fasadları oyunlari yukləyin kasıblara .ölkə bədbext gunə qalıb varlıların və varlı balalarının tayfasının əlindən.kasıb yalnız əskərlik kasıb yalnız zulm uçundu .fiso.

  • Vüqar
    Oktyabr 13, 2024 - 02:08

    Natiq müəllim, Çox istəyərdim yazınızı AYNA və DYP əməkdaşları oxusunlar. Sadəcə onu demək olar ki – “dəhşətli vəziyyətdir”
    DYP – pusquda duran pişik kimidirlər, cərimə yazmağa moment axtarırlar. Nə deyim , ALLAH dadımıza çatsın

  • RASHAD
    Oktyabr 13, 2024 - 04:18

    Bu qurum yeni söhbət esas Aynadan gedir yol polisini də qınamıram nəyə görə çünki Aynanın yaratdığı problemin eziyetini də Yol polisi çəkmemli deyil.elementar Tiblisi prospekti Bakının demək olar ki Ana yoludur Şimal Şirvan zonası Sumqayıt şəhəri qəsəbələr Abşeron Bakı şəhərinə bu prospektən daxil olur Ayna Bakü buş üçün xüsusi zolaq ayırıb məntiqlə yanaşsaq bu doğru deyil.gece saat 3 də avtobus zolağında cərimələnen vetendaş var gecə bəyəm Avtobus işleyir? Bu qurum kankret olaraq cibini doldurmaqla mesquldur

  • Alim
    Oktyabr 13, 2024 - 04:43

    Nargilə kruqunu elə daraldıblar ki şənbə günü də yaman tıxac olur

  • Javanshir
    Oktyabr 13, 2024 - 08:02

    👍

  • XALİQ
    Oktyabr 13, 2024 - 09:40

    Salam
    Hər problemi AYNAda
    Axtarmaq düzgün deyil problemin kökü regyonlarda iş yerlərinin olmamasıdır
    Hamı paytaxta üz tutur iş ücün
    Birdə Bakı ətrafı elektrik qatarları köhnə xətlər bərpa olunsa tıxac azalar
    Amma 1 ci problem regyonlarda işin olmamasıdır

  • Maıs
    Oktyabr 13, 2024 - 09:48

    Mənim bir ideyam var amma ideyani pul qarşılığında dövlət yol və bu işlə kim məşğuldurlar ora yazram pul qarşılığında idayami satıram məbləğ 100.000 manat

  • Azer
    Oktyabr 13, 2024 - 10:36

    M

  • Fərrux
    Oktyabr 13, 2024 - 10:45

    Çox təəssüflər olsun ki, NƏQLİYYAT NAZİRLİYİ öhdəsinə düşən vəzifələri yerinə yetirə bilmir. Yollar iflic vəziyyətindədir.Çində, Yaponiyada və digər ölkələrdə 10-15 milyonluq şəhərlər var ki, Bakıdakı qədər tıxaclar yaranmır. Hətta lazım olmayan yüzlərlə İŞİQFORLAR varki oda tıxacların artmasına səbəb olur. İŞIQFORLARIN ritmləri, vaxtları düzgün tənzimlənməyib.

  • Aynur
    Oktyabr 13, 2024 - 11:43

    Guya yuxarıda oturanların heç birinin xəbəri yoxdu var sadəcə neylerine lazım dağılır Bakı dağılır Azərbaycan

  • Parvin
    Oktyabr 13, 2024 - 12:37

    Hazır olun əziz sürücülər. tıxac vergisindən sizində əliniz ola bilər😀😀

  • Nadir Cəlilov
    Oktyabr 13, 2024 - 15:56

    Deyəsən mən xoşbəxtəm ki, Bakıda yaşamıram )).

  • Şəlalə xanım
    Oktyabr 13, 2024 - 20:24

    Yollar bərbad haldadır. Xalqı düşünən yoxdur. Nəqliyyatdakı basavasdan canını qurtarmaq üçün kreditlə maşın alırsan ki, işə vaxtında çata biləsən, son vaxtlar süni tıxacların yaradılması, cərimələrin artırılması insanları həyatdan bezdirib. Elə bir vəziyyət yaradıblar ki, hamı ölkədən qaçıb canını qurtarmaq üçün yollar axtarır. Çox dözülməz, iyrənc bir vəziyyət yaradıblar. Üstəlik bir neçə yerdə təmir adıyla maneələr yaradıblar. Sürücüləri qəzalarla üz-üzə qoyublar. Məqsədləri nədir? Xalqın narazılıqlarını artırmaq üçün hər yola əl atırlar. Bunu edənlərin milliyyəti şübhə oyadır. Xalqı bu qədər incidənlər düşmənə xidmət edənlərdir

  • İbrahim
    Oktyabr 13, 2024 - 20:25

    Bakıətrafı kənd və qəsəbələrə (Hövsan, Mərdəkan, Suraxanı, Məştağa, Buzovna və s.)əvvəllərdə olduğu kimi müntəzəm elektfik qatarı işləsə, problemin həllinə xeyli təsiri olar.

  • Babayev Mirmövsüm Mirsadıq oğlu.
    Oktyabr 13, 2024 - 22:31

    Bakı kəndlərinə işləyən balaca avtobusları artırmırlar ki, çox avtobusa çox vergi vermək lazımdır. Pik saatlarda az qala insanlar bir birinin qucağında gedir. İnanmırsızsa sübut edə bilərəm. Əlaqə saxlayın sübut edim.

  • Babayev Mirmövsüm Mirsadıq oğlu.
    Oktyabr 13, 2024 - 22:37

    Niyə də kəndlərə elektrobuslardan buraxmayasınız? İndi kəndlərin çoxu restavrasiya olub. Təzə təmir olunmuş kənd-qəsəbələrdə marşrutu artırmağ və təzələmək bu qədərmi çətindir?

  • Mehman
    Oktyabr 14, 2024 - 08:24

    Bura Azərbaycandır burda kasıb ol

  • Rasim
    Oktyabr 14, 2024 - 12:25

    Bu problemin həlli var! Ali məktəb və texnikumları, bir də nazirlik və baş idarələri Bakıdan rayonlara köçürmək!

  • Ramil
    Oktyabr 14, 2024 - 14:15

    4 zolaqlı bir yol sıxlıq yüklülük dərəcəsi çox olduğu halda ,həmən o yolu artırmaq əvəzinə – biri velosibet zolagı.,biri avtobus zolagı və parklanma zolagı kimi nişanlamalar aparıb .,həmən o sıxlıgı olan 4 xətli yolu ediblər 1 xətli cəhənnəm körpüsü …el arasında qıl körpüsü.nəticədə də əhali əziyyət çəkir lakin ayna susur və sakitcə digər qurumlara şərait yaradırr ki,büdcələrini zənginləşdirsin.bu qədər bəsit.

  • Vidadi
    Oktyabr 14, 2024 - 20:44

    AYNA nın acıqlaması (Anar Yaşar oglunun Nəqliyyat Agentliyi) bu idarə elə bil dədəsinin idarəsidi.nə istəyir onu da edir.Baxın o boyda qurumda 1 nəfər olsun nəqliyyatçı yoxdur.işçilərin 80% öz qohum əqrabası,yerlililəridi.ona görə də şəhər bu gündədi.Diqqət edin Sədr A.Rzayev təhsili biznesin idarə olunması.3 müavini var biri tikintidən gəlib,digəri maliyədən,o biri də icra strukturundan.Hec kim yerində deyil ona görə də bu gündəyik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*