15 yaşlı şəhidə həsr olunan film Ərdoğanı KÖVRƏLTDİ – FOTOLARbackend

15 yaşlı şəhidə həsr olunan film Ərdoğanı KÖVRƏLTDİ - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Cumhurbaşqanlığı Kompleksində ‘Kesişme: İyi ki varsın Eren’ filminin qala gecəsinə qatılıb.

KONKRET.az xəbər verir ki, Ərdoğan filmi 2017-ci ildə şəhid olan Eren Bülbülün anası ilə birgə izləyib.

Qala gecəsində kövrək anlar yaşanıb.

Şəhidin anası övladını unutmadıqlarına görə, Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, ‘Kesişme: İyi ki varsın Eren’  filmi  2017-ci ildə Trabzonun Maçka bölgəsində PKK-nın oğurladığı ərzağın yerini hərbçilərə göstərərkən terrorçuların açdığı atəş nəticəsində şəhid olan 15 yaşlı Erən Bülbülə həsr olunub.

Xatırladaq ki, 2017-ci ildən bu günə qədər Türkiyənin keçirdiyi bir çox antiterror əməliyyatına Eren Bülbülün adı verilib.

 

Vəsilə İbrahim

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*