16 yaşlı qıza qarşı cinsi zorakılığa görə 4 nəfər HƏBS OLUNDUbackend

16 yaşlı qıza qarşı cinsi zorakılığa görə 4 nəfər HƏBS OLUNDU

Ağdamda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən dörd nəfər həbs edilib.

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində baş verib. Kənd sakini, 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində təcavüz əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Ağdam Rayon Məhkəməsində həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə təqdimatlar təmin edilib, təcavüzdən şübhəli bilinən 3 nəfər barəsində 4 ay, bir nəfər barəsində isə 3 ay həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*