17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdübackend

17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini, 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*