Rusiyanın Lipetsk vilayətinin Yelts şəhərində 17 yaşlı qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb. Dəfələrlə məhkum olunmuş 32 yaşlı yerli sakin xüsusilə ağır cinayət törətməkdə şübhəli bilinir.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, saxlanılan şəxs psixi xəstə olduğu deyilir. Qətl faktı ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Yelts şəhərinin 7-ci mikrorayonunda, “Buz” sarayının yaxınlığında 17 yaşlı qızın zorakı ölüm əlamətləri olan meyiti tapılıb. Onun ölümünə səbəb kəllə-beyin travması olub. Bu barədə iyulun 11-də TFR-nin Lipetsk vilayəti üzrə istintaq idarəsi məlumat yayıb.
Qətlə yetirilən qız Volqoqrad vilayətindən Yeltsə xalasının yanına istirahətə gəlib. O, qatillə tanış deyildi, qız axşam evə qayıdanda onu pusquya salıb.
Hücum zamanı qız Volqoqraddan olan dostu ilə videozəng vasitəsilə danışırmış. Çoxmərtəbəli binanın yanında qəfil başına zərbələr endirilib. Qız qışqıraraq telefonunu yerə atıb. Oğlan yenidən qıza zəng vurmağa çalışsa da, nəticəsi olmayıb. Daha sonra gənc qızın qohumlarına hücum barədə məlumat verib, onları polislə əlaqə saxlamağı məsləhət bilib və ertəsi gün ifadə vermək üçün Yeltsə gəlib.
Qızın meyiti saatlar sonra tapılıb. Ehtimallara görə, qatil qızın başına ağır küt əşya, ehtimal ki, daş və ya kərpiclə bir neçə dəfə zərbə endirib
Saxlanılan şəxsin psixi pozğunluğu var, o, əvvəllər də dəfələrlə məhkum olunub. Bu barədə Yelts şirkətinin rəhbəri Yevgeni Borovskix öz teleqram kanalında məlumat verib.
Qətldə şübhəli bilinən şəxs qıza hücum etdiyi yerin yaxınlığında, qonşu evlərin birində yaşayır. Bir neçə ay əvvəl o, zorakılığa görə cəza çəkdiyi həbsxanadan azad edilib.
Cinayət işi üzrə istintaq davam etdirilir. İstintaq saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət vermək niyyətindədir.
Sevinc Paşayeva,
KONKRET.az