2025-ci ilin yanvar–iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz artıb. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları Prezidentin müvafiq sərəncamı ilə əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksləşdirilir.
Bəs, bu artım veteranların aldıqları müavinətlərə də şamil ediləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, veteranların aldıqları müavinətlər birbaşa əmək pensiyaları kimi indeksləşdirilmir:

“Veteranların aldığı müavinətlər ümumilikdə sosial müavinətlərə aiddir və onların indeksləşdirilməsi Nazirlər Kabineti və Prezidentin sərəncamı ilə həyata keçirilir. Qanunvericilikdə əmək pensiyalarındakı artım tempi ilə birbaşa bağlılıq yoxdur”.
Ekspertin sözlərinə görə, yanvarın 1-də sosial müavinətlərin və digər ödənişlərin də indeksləşdirilməsi ehtimalı var:
“Ən azı inflyasiyaya uyğun və orta aylıq əməkhaqqının artım tempinə əsaslanan indeksləşmə insanların sosial gözləntilərinin doğrulmasına xidmət edər. Belə bir addım atılarsa, təbii ki, əhalinin məmnunluğu da artacaq. Hazırda bu məsələdə gözləntilər həddindən artıq yüksəkdir”.
Aynurə İsmayıl
KONKRET.az

Ay Qardaş bu Veteranlıqı nə vaxt köçürəcəksiniz İnşallah ? Ay bitir artiğ
Yenə başladılar müzakirəyə qaqa))
Nesiye yasim63 di
Her it Canavara huryuye biler amma hec bir it Canavara tay ola bilmez.It dediklerim Veteranlara deyer vermiynlerdi !
2019cu le qeder 55manat idi. 2019cu ilden bu gune kimi 80 manat olaraq qalir. Amma ustunden 6 il kecmesine baxmayaraq her bir weyin qiymeti belkede 50 defe bahalawib amma bu 80 manati arturmagi memurlar bir qerara gelib artirmaga qeyretleri catmir
Düzdü valla.İşiq artdı, qax srtdı, su artfı, qıymətlər qalxdı amma 80 azn qalxa bilmir də.Elə bil qıçın qırıblar
Veteranların dəyəri və şərəfi həmişə onlarladır.Hər zaman artar ki azalmaz.Amma verilən müavinəti , pensiyanı artırmağa əli gəlməyənlərin siyası məqsədi var.Veteranlari bu siyasətlə alcaltmaq .Cəmiyyətimizin ən dəyərli hissəsi olan veteranlara münasibət çox aşağı səviyyədədir. Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər veteran intiharı yoxdur və buna əsas səbəb ,şərəf və ləyaqətin nə olduğunu bilməyən məmurlardır.
Bir şeyi də qeyd etmək istəyirəm. Hamsı təşkilata gedirsən, hətta Asan Xidmətə də, növbədən kənar deyirlər qazilərə aiddir. Bu dövlət strukturları bilmirlər ki, qanunvericilikdə qazi anlayışı yoxdur. Yalnız müharibə veteranları barədə qanun var. Bu savadsız Asan Xidmət işcilərinə və digərlərinə bunu nə vaxt başa salan olacaq.