Daxili İşlər Nazirliyi (DİN) Ağdamda iki nəfər “Azərişığ” əməkdaşının bıçaqlanması barədə məlumata münasibət bildirib.
KONKRET.az DİN-ə istinadən xəbər verir ki, törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
19:32
Ağdamda abonent “Azərişıq” ASC-nin iki işçisini bıçaqlayıb, bir nəfəri isə döyüb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, ASC-nin Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Taryel Mirzəyev və Şükür Mirzəyev borclu abonent Rəhim Davud oğlu Kərimov tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisəni törədən şəxs 175 AZN borcu olduğundan elektrik verilişini dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.