backend

190 manatın yaratdığı 190 sual – Nazirlik süni əngəllər yaradır

Koronavirus pandemiyası ilə əlaqədar elan olunan karantin dövründə əhalinin sosial müdafiəsi ilə bağlı respublika Prezidentinin göstərişləri ilə hökumət çox qısa zamanda müvafiq tədbirlər planı hazırladı. Proqramın hazırlanması çox qısa zaman alsa da, onun icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən çox ləng, bəzən də laqeydcəsinə həyata keçirilir. Götürək elə işləməyən vətəndaşlara iki ay üçün 380 manat birdəfəlik ödəmənin verilməsi məsələsini. Nazirliyin bəlkə də ən böyük yanlışlığı 1 aprel 2020-ci ilə qədər neçə işsizin olması barədə məlumatsızlığıdır.

Bu yanlışlığı vaxtında görən ölkə başçısı işsizlər üçün birdəfəlik ödəmə üçün büdcədən ayrılan vəsaiti 3 dəfə artırdı. Amma nazirlik səlahiyyətliləri yenə də reallıqlarla ayaqlaşmadı və yaxud ayaqlaşmaq istəmədi. Nəticədə əhali arasında haqlı narazılıq dalğaları yarandı. Narazılığın səbəbi isə çox sadədir.

Dövlət başçısının vətəndaşa birbaşa qayğısına süni əngəllər yaradılır. Məsələn, bu gün nazirliyin yerli məşğulluq idarələri rəsmi qaydada heç bir vətəndaşı qəbul etmir. Bütün idarələrin qarşısında polis qoyulub. Vətəndaş ancaq sözünü polisə deyə bilir. Hörmətli polis işçilərinin də bir cavabı var: “Gedin elektron qaydada müraciət edin”.

Vətəndaş da gəlir evə, birtəhər internetlə nazirliyə işsiz olması ilə bağlı müraciət edir. (Ona görə birtəhər  deyirəm ki, internet hər kasıbın evində yoxdur, varsa da, çox aşağı sürətdədir). Yazıq kasıb da  evdə oturub gözünü dikir telefona. Nəhayət, bir həftədən sonra mesaj gəlir. Filan səbəbə görə sizin işsiz kimi qeydiyyata alınmağınızdan imtina edilmişdir. Digər səbəbləri bir kənara qoyub əhalini ən çox narazı salan bir cavab üzərində dayanmaq istəyirəm.

”Vətəndaş filankəs, siz vergi ödəyicisi olduğunuza görə işsiz kimi qeydiyyata alınmadınız”. Bununla da nazirlik vətəndaşlar qarşısında öz işini bitmiş hesab edir. Belə halda isə narazı vətəndaşın xüsusi rejim olduğu üçün nə nazirliyə, nə də yerli qurumlara əli çatmır. Əli çatana da deyirlər ki, bizlik nə var ki, elektron sistem belə göstərir. Amma nazirliyin səlahiyyyətlilərinə xatırlatmaq istəyirəm ki, hər bir aktiv vergi ödəyicisi eyni zamanda sosial müdafiə fonduna da aylıq ödəniş etməlidir. Əgər bir ay müddətində bu ödəniş edilmirsə, qanunvericiliyə uyğun olaraq vətəndaşa aylıq cərimə hesablanır.

Nazirliyin sözçüsü hörmətli Fazil Talıblı isə deyir ki, işsiz kimi müraciət edənlərin 160 mini aktiv vergi ödəyicisidir. Fazil müəllimə xatırladım ki, 3-5 il bundan qabaq VEÖN açan və qısa müddət sonra bunu donduran vətəndaş artıq passiv vergi ödəyicisidir. Əgər 160 min adam doğrudan da aktiv vergi ödəyicisidirsə, onda nazirliyin çoxminli əməkdaşları hara baxır? Əgər 160 min adam aktiv vergi ödəyicisidirsə, onda bu adamlar sosial müdafiə fonduna vəsait ödəmədiklərinə görə niyə cərimələnmirlər? Deməli, nazirlik əhalinin sosial müdafiəsində o qədər də maraqlı deyil. Və belə hallar indiki həssas dönəmdə ölkə başçısının yürütdüyü siyasətlə qətiyyən uzlaşmır. Fazil müəllim deyir ki, 49 evi olan da işsiz kimi müavinət istəyir.

Mən belə müraciətlərin olmasını istisna etmirəm. Və bu yerdə məşhur atalar sözü yada düşür: İstəyənin bir üzü, verməyənin iki üzü qara olar. İnanmıram ki, müraciət edənlərin arasında belələri çox olsun. Bu fikrə ciddi yanaşanda isə yenə də nazirlik qınaq obyekti  olur. Niyə? Ona görə ki, əgər bir adam doğrudan da 49 evi var və nə onun özünün, nə də  ailə üzvləri işləmirsə və onların leqal gəlirlərini müəyyən etmək mümkün deyilsə, onda qanunla ona müavinət düşür. Və bu qeyd-şərtsiz verilməlidir.

Yox, həmin adam 49 evin 40-ı icarəyə verib ayda külli miqdarda pul qazanırsa, bəs onda Vergilər Nazirliyi və ƏƏSMN hara baxır? Niyə belə adamlar qanunla cəzalandırılmır?  Deməli, ƏƏSMN iş görmək əvəzinə boş yerdən sosial narazılıq yaradır. Əslində isə süni şəkildə yaradılmış bu problemin çox sadə iki həll yolu var. Birincisi, müraciət edən vətəndaş passiv vergi ödəyicisidirsə, bu halda ona 380 manat ana südü kimi halaldır. Əgər buna süni əngəllər törədilirsə, onda bu, Prezidentlə vətəndaş arasında narazılıq  yaratmaqdan başqa bir şey deyildir.

İkinci hal ondan ibarətdir ki, müraciət edən vətəndaş doğrudan da vergi ödəyicisidirsə, onda bu vətəndaş İqtisadiyyat Nazirliyinə yönləndirilməlidir. İqtisadiyyat Nazirliyi də özünün kiçik və yaxud orta sahibkarına Prezidentin göstərişinə əsasən arxa durmalıdır. Nəticədə vətəndaş çətin vəziyyətində dövlətinin qayğısını öz üzərində hiss etməlidir!!!

SURXAY ATAKİŞİYEV,

KONKRET.az

P.S. Bu çətin günlər hər birimizə Allah yanında savab, Prezidentimizə sədaqətimizi sübut etmək və xalqa həqiqi sevgimizi göstərmək imkanı yaradır. Gəlin bu fürsəti qaçırmayaq.

  • Metleb
    Aprel 25, 2020 - 11:24

    Çox düz derc etmisiniz men gundelik 15 manata isleyen adama vermediler amma qapi bir qosum ayda 2000 geliri ola ola ona 190 manat verdiler bular hansi qanundan danisirlar men bilmirem

    • esmira
      Aprel 25, 2020 - 20:12

      Cox duz qeyd etmisiniz bolgelerde de veziyyet beledir.Bicare insanlar gah mesqulluq idarelerinin qarsisina qacir,gah da icra hakimiyyetine uz tuturlar.

    • İsrafilov rövşən
      Aprel 26, 2020 - 18:49

      Milləti firladırlar ƏƏSMF sonrada Vergilər Naziri biri deyir sən 80 m təqaüd alırsan VÖEN aktivdir a kişilər2017 ci ildən Vöen bağlatmışam 80 m nə puldu o pula ailə dolandırmağ olar ay Nazir

  • Rövşən
    Aprel 25, 2020 - 12:16

    Cox düz buyurursunuz qardaş ƏƏSMN hər bir işləri belədir 1 ay 10 gündü müracət etmişəm heç bir cavab gəlmir onlayn zəng də vurursan 142 yə düşmək olmur artıq 10 gündür cəzalandırılmalıdır hamısı yalannan televiziyada danışıqlar bu belə oldu o hələ oldu hansı öz ciblərini güdür və Cənab Prezidenti aldadırlar da düşünmürlər ki yazıq millət nə gündədir.

    • Fadil Paşayev
      Aprel 25, 2020 - 22:01

      Siz yaxınlıqdakı poçtlara yaxınlaşın. Ola bilər adınız poçt filiallarına göndərilib.

  • Ramilə
    Aprel 25, 2020 - 12:17

    Çox düzgün kankiret yazmısınız.Bizə vöenlə bağlı atqaz gəlmişdi vöeni dondurduq yenidən müraciət etdik cavab siz artıq bir dəfə qeydiyyatdan keçmisiniz buna görə qeydiyyatdan keçə bilmədik bəs necə müraciət edək

    • Ehtiram
      Aprel 26, 2020 - 01:21

      Salam eynən məndədə belədir Vəzyət əyər siz nəsə yolunu tapmısınızsa xahiş edirəm mənədə köməklik göstərin

  • Cesur
    Aprel 25, 2020 - 12:17

    Men evvel gunu 10 manat isdeyirdim indi is yoxdu mene 190 manat dusmeyib deyirki sene dusmur bu nece duzgundu bilmirem

  • helime
    Aprel 25, 2020 - 12:19

    salam mən ayln 12 de geydiyyatdan kecmişem hele bir çavab yoxdur .özümde işlemirsen hec yerde. vəziyyətində cox pisdir.dolana bilmirem

  • helime
    Aprel 25, 2020 - 12:23

    salam ayln 12 de geydiyyatdan kecmişem mene hec bir çavab ğelmeyib poçtla getmişem mene 142 .190.nömrələri veribler ki elağe saxla .çavab.vermirler telefonlara işlemirem

  • helime
    Aprel 25, 2020 - 12:26

    salam mən ayln 12 den beri hec bir xeber ğelmeyib geydiyyatdan kecmişem özümde işlemirem hec yerde poctada getmişem mene bir çavab demirlər

  • Ramin
    Aprel 25, 2020 - 12:29

    Salam mene bele bir cavab geldi,bu demek di? QOCAYEV RAMIN, Mesgulluq haqqinda Qanunun 4.1.3-cu maddesine esasen,Size issiz kimi qeydiyyata alinmaqdan imtina edilmisdir

    • Soltanov İxtiyar
      Aprel 25, 2020 - 21:42

      Cox düz deyirsiz men ayın 7 de qeydiyatdan kecmişem hele ki cavab gelmeyib

    • Fadil Paşayev
      Aprel 25, 2020 - 21:55

      Yaxınlaşın sizə yaxın POÇT-lardan birinə

  • Gulnarə
    Aprel 25, 2020 - 12:30

    Men Asanloginden qeydiyyatdan kecmiwem ayın 8 də 24 mene mesaj gelibki siz 4.1.3 maddesiyle imtina mesajı gelib mene menim ise adıma hec bir torpaq yoxdu buda 4.1.3 onu gosterirki adınıza torpaq sahesi var.Ayrilmiwam 2 evladım var iwlemirem.Bineqedi Mewquluq merkezinde tesdiqliyibki işsizsen.bu ne derecede duzdu ne etmeliyem men.kime muracet etmeliyem niye camahati bele doluyurlar bu qrumlar

    • Bahar
      Aprel 25, 2020 - 19:34

      142 yə zəng edin .problemi aradan qaldırsın

    • Rinat
      Aprel 26, 2020 - 18:18

      Sikayet edin 142ye zeng vurun.dayanmadan yigin duseceksiniz.yada [email protected] e-mail unvanina sikayetinizi yazib gonderin

  • Bahram
    Aprel 25, 2020 - 12:48

    Men ayin 14 qeydiyyatfan kecmisem, mene ayin 24 de mesaj gelib 4.1.3 maddeye esasen sen issiz deyilsen. Yeni senin adina pay torpaq sahesi var. Halbuki menim adima hec bir torpaq sahesi yoxdur.

  • Sulduz
    Aprel 25, 2020 - 15:56

    Hamısı bu ƏƏSMN yaratdığı əngəllərdi . Bəzilərinə nə torpaq,nə dəki VÖİN ilişmir .Cənab prezidentin İşsizlər üçün düşünülmüş bir layihəni qəsdən narazıçılıq yaradırlar.

  • Leyla
    Aprel 25, 2020 - 17:59

    salam men Veliyeva leyla 7aprelden 190manatdan qeydiyyatdan kecmisem ancaq hele bir cavab yoxdu ikinci sefer yene eledik hecne gelmedi ozum tek anayam ayrilmidam islemirem 1qizim var 3yas 7ayliq alimentide vaxtinda verilmir sozumun cani odur ki mende issizem ve ne vaxt verilecek 1aydi cavab gelmir 190manat ile bagli zehmet olmasa deyerdiniz nede ki adima hecne yoxdu ne ev ne torpag issizem

  • Ayan
    Aprel 25, 2020 - 18:18

    Menede imtina geldi bu gun mene aid olmayan bir sms adimda hec bir mulk torpaq sahesi ne sahibkar liq nedeki hec bir sosial yoxdu ozumde az yasli usaqnan tek anayam mesgulluqda issiz oldugumu tesdiqleyib bu ne demeydi hecne bilinmir telefonlar islemir idare islemir hara kime sual verey 4.1.3 bu torpaq hardadi mende bilim

  • Resad
    Aprel 25, 2020 - 18:26

    Menede bugun mesaj gelibki emek muqavilesi askar edildiyinden adiniza size imtina verilmisdir.ama halbuki meb 2014cu ilden öz erizemle ishden azad edikmisem.indi bimiremki hara muraciet edim.my.qov.azda cixardib baxmisamki adima hec bir emek muqavilesi yoxdu.bu qederde olmazda day.camaati essek yerine qoymaqlari

  • Ramiz
    Aprel 25, 2020 - 18:37

    Salam mene 24de cavab gəldi ki siz 4.1.3 maddə ilə düşmür adıma heç bir torpaq sahəsi yoxdur 142 çağrı mərkəzinə zəng etdim deyiler 193 zəng et araşdır arayış al ki sənin adına torpaq yoxdu

  • Azad
    Aprel 25, 2020 - 19:30

    Salam Məndə birdəfəlik yardıma görə müraciət etdim .Cavab gəldi ki, sizin əmək müqaviləmiz var.Araşdırdım gördüm var Amma ordan dedilər ki, sizə heç bir ödəniş ola bilməz.İşləmirsiz.Restorandı kimə şikayət edək

  • Mətanət
    Aprel 25, 2020 - 20:12

    Mən vətəndaş olaraq mart ayından işimiz dayandığına görə və müəyyən səbəblərə görə hamı kimi müqaviləsiz çalışırdım. Evdə qal kompaniyasına qoşulduq hamı kimi. Kirayədə qalırıq. Anam və mən. Qeysiyyatda olduğumuz rayonda belə bina evidir oda sənədlsiz. 2013cü ildə torpaq, bələdiyyə, sosialdan arayış gətirib torpağım yoxdur deyə 6 ay 50 manat işsizlik müavinatı almışam. Adım Qəbələ məşğulluğunda işsiz statusu almış və 2019 mayda təkrar təsdiqlənmişəm. Mart ayından bugünə kimi nə yeyib içməyimlə maraqlanmayan sosial müdafiə dünən gecə 12də qanunsuz saxta 4.1.3 maddəsini yollayıbki işsiz statusunuz təyin edilmədi. Necə olurki təyin olunmağım portalda çıxır bunlar təyin etmir. Adımda vöen belə olmayıb. Dünən gecədən 2 dəfə Prezident.az saytına yazdım məktub. Dsmf nin rəsmi səhifəsinə də yazdım. Qaynar xətlər məşğulluqlar düşmək olmur. Məşğulluq isə mən adını işsiz təsdiq edib göndərmişəm qalanı mənlik deyil kimə şikayət edirsən et deyir. Dərdimizi kimə deyək.

  • Turane
    Aprel 25, 2020 - 23:33

    Cox duz yazmısınız bu 190 manatı gözləyən nə qed ehtiyacı olan adamlar gözləyirdi… Demək olar bu gun butun tanışlarla eyni sms göndərilib.. Məcburi köçkün.. 3 uşaq evdə nə er nədə arvat işləyir.. Ama haqqı olanın pulunu haqsıza o pula ehtiyacı olmayanlar verir

    .

  • Medine
    Aprel 26, 2020 - 00:15

    Menede emek muqavilesi askarlandigi ucun imtina sms geldi ama men isden 2015 den cixmisam ama emek muqavileme xitam verilmeyib indide ne isegotureni tapiram nede ozum emek muqavilesine xitam verdire bilirem hara gedirsen bir birinin usdune atirlar ne edim bilmirem

  • Zaur
    Aprel 26, 2020 - 00:36

    salam,men ayin 10-dan beri her gun azı 50 defe ceht edirem qeydiyyatdan kecmeye,kece bilmirem,yazilirki fin ve wexsiyyet barede hec bir melumat tapilmadi

  • Rahib Elekberov
    Aprel 26, 2020 - 06:40

    Salam mene yalannan yaziblarki kent tesefuratim var . Ay bedbaxt menim iwim olsaydi eger 190azne ne ehdiyacim var idi ozum kiraye qalan adamam .0559274126

  • Anar
    Aprel 26, 2020 - 08:08

    TAM DUZ QEYD OLUNUB USAQ UCUN ARAYIS LAZIMDI BAS NAZIRIN QERARI VAR KI HER IKI VALIDEYIN IŞSIZDISE TESIL HAWINDAN AXAD OLUNSUN BE DEFELERLE LENKARAN MESQULUQ IDARESINE GEDMISEM 3..POLIS SAXLAYIBLARBQAPIDA ICERI QOYMULAR…BE BIZ NE EDEK

  • Ilqar
    Aprel 26, 2020 - 11:06

    Menede cavab verin gorek 190 manat dusur ya yox elilem aylemin uzne baxamiram isdemir 2 usaq yemeyleri yoxdu nece edim men caresiz ata hec olmasa 190 manat verilse bir care ederem

  • Rovsen Haciyev
    Aprel 26, 2020 - 13:10

    Tamami ile duzdur.Men gunemuzd isleyen adamam yeni fehle ailemi gucle dolandirirdim.Bu karantin cixandan bu yana hec bir yerden gelirim yoxdur.Qeydiyyatdan kecdim 14 gunden sonra mene (HACIYEV ROVSEN MEHMAN, Mesgulluq haqqinda Qanunun 4.1.3-cu maddesine esasen,Size issiz kimi qeydiyyata alinmaqdan imtina edilmisdir) menim adima hec bir torpaq,hec bir voen acilmayib.Bu cur halda bildiyim afina torpagi olan,dasinmaz emlaki olan,sosial yardim alan sexsler ise 190 manati aliblar.142 cagri merkezinede 3-4 manatla bir teher zeng etdim mene Emlak komitesinden arayis almami tovsiyye etdiler.Men ne edeceyimi kime sikayet edeceyimide bilmirem.

  • Cabir
    Aprel 26, 2020 - 22:15

    Men Qarabag veteraniyam.80AZN muavinet aldigimcun imtina mesayi gonderibler.5 neferden ibaret aileyik.Bu cavabin mentiqi mene hec cur catmir ki 80 manata gore nece 190 manat yardima imtina cavabi verirler.Ele ise ya 80 manati karantin dovrunde 190 manata catdirsinlar.Ya da 190 dan 80 AZE-ni cixib 110 manat yardim etsinler.Hele nezere alsag ki biz bes nefer aile uzvuyuk Torpaqlarimiz ugrunda doyusduyume gore aldigim 80 AZN aileycun 5-6 gunlukdu.

  • Hafiz
    Aprel 26, 2020 - 22:56

    Mənə mesaj başqa bir adamın adı ilə gəlib müraciət edirəm deyirlər qaçqınsan. 33 manat yemək xərci alırsan bununla ailə saxlamaq olar

  • Mahmud Süleymanov
    Aprel 27, 2020 - 04:44

    Salam.Mənim adıma ömür boyu torpaq sahəsi olmayıb ama mənə 4.1.3 gəlib.Bu Prezdentimizin vətandaşlara olan qayğısına qarşı sui qəsdi.Cənab prezidentə yazmışam bu haqda.İnşallah bunlara ölçü götürəcək

  • Aylin
    Aprel 27, 2020 - 14:06

    Nece edaletsiz bawli bawsiz hokumetde yawadigimizin 1 daha subutudi bu..iwliyenler alib islemiyenlere 20gundi cvb yoxdu

  • Aylin
    Aprel 27, 2020 - 14:13

    Islemiyenler vermirler pulu .isliyenlere verirler .kimleri aldadir bunlar?hara wikayet elesin bu millet.ne 142 ne 150 hara yigirsan vecni mewguldu.mewgul.olmaglari bir yana erzag yardimi ucun zeng edirsen konturuvu tutub uzbede adboy verirler .ozlerine xeyir tuturlar.geydiyyatdan kec erzag yardimi edek deyilir sayta girirsen geydiyyat yerin dondurublar.bele gazanirsizda siz haram maasnan.milletin gargislarina.bele bawli bawsizliq olar.gaynar xette wikayet ucin yigirsan uzve adboy verib zanit goyur telefonu gaynar xetti hara wikayet edek bes?
    Mewgullaga gedirsenki derdivi deyesen sosialin islemiyen nomrelerin verib baslarinan gonderirler.bele bawsizliq olar?kim baxir bu xalgin problemine derdine kim baxirda.

  • Aylin
    Aprel 27, 2020 - 14:16

    Bu millet derdin problemin kime daniwsin axi
    Ne gede ozbawnaliq bas alib gedir .kim kime olub.xalxin derdine baxan yoxdu gulaq asan yoxdu

  • Aytac
    May 1, 2020 - 18:29

    Salam Banga hesab açımınsa kart verileÇekse melumat ucun nomrye xeberdarliq gelecek bes eğer nomre düzgün yazmayınca verende neylesin
    Birinci ödemeyi poct vasıtası ile aldim ama ikincini neyleyim bilmirem

  • Niyameddin
    May 12, 2020 - 12:49

    Salam men 14.04.2020 de birinci 190 manat odemeni aldim amma helede kartla bagli mene sms gelmeyib . Menden sonra alan sexsler kart aldi amma helede mene sms gelmiyib zehmed olmasa deyerdiz men ne etmeliyem

  • natiq
    May 18, 2020 - 12:30

    Salam.men.190.baresinde.muraciyet.edirem.men.aprelin.14.du.esemes.gondermisem.teskik.kodu.gelib.ama.190.baresinde.hec.bir.melumat.gelmeyib.bugun.mayin.ozy.18.gizidi.men.bezmisem.corey.pulum.yoxdur.ozumunde.is.quvem.yoxdur.xayis.edirem.menim.isime.baxsiz?

Rovsen Haciyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*