190 manatla bağlı SMS-dən narazı qalanların sayı daha çoxdur – ŞƏRHbackend

190 manatla bağlı SMS-dən narazı qalanların sayı daha çoxdur - ŞƏRH

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bununla bağlı məlumat yayıb. Bu xəbər çoxu üçün gözlənilməz olduğu qədər də acılı oldu.

Çünki Nazirlik bildirmişdi ki, hətta may ayında müraciələr qəbul ediləcək. Axı karantin rejimi hələ yekunlaşmayıb. Birdə ki, e-sosial.az portalına müraciət edən, lakin qaneedici cavab almayan vətəndaşlara Nazirlik söz vermişdi ki, aldıqları SMS-dəki iradı düzəldən şəxslər yenidən portala müraciət edə bilərlər. Bəs onda verilən söz harda qaldı? Axı müracət edənlərin böyük əksəriyyəti aldığı SMS-dən haqlı olaraq narazı qalıb. Xüsusi rejim olduğu üçün bu şəxslərin müvafiq qurumlara getmək imkanları yoxdur. Bu kateqoriyadan olan insanlar bu baxımdan həsrətlə mayın 4-nü gözləyirdilər.

Ümid edirlərdi ki, karantin götürüldükdən sonra gedib problemlərini həll edib yenidən nazirliyə müraciət edəcəklər. Və dövlət başçısının onlara göstərdiyi qayğıdan qədərincə bəhrələnırlər. Çox təəssüf ki, ƏƏSMN  yoxsul vətəndaşlara bu imkanı vermədi. Səbəbsə bəllidir. Onsuz da nazirlik əvvəldən vətəndaşlara qarşı həssaslıq göstərmədi. Bir SMS-lə vəzifə borclarını bitmiş hesab etdilər. Göndərilən SMS-lərdən haqlı olaraq narazı qalan vətəndaşların səsi isə birmənalı eşidilmədi. Hətta İqtisadiyyat Nazirliyinin aprelin 25-də yaydığı məlumata da ƏƏSMN heç bir reaksiya vermədi. Halbuki İqtisadiyyat Nazirliyi haqlı olaraq bildirdi ki, VEÖN-ə görə 190 manatın verilməməsi düzgün deyil. Bu və digər səbəblər onu göstərir ki, ƏƏSMN  işləməyən vətəndaşların sosial müdafiəsi barədə dövlət başçısının tapşırıq və tövsiyələrini yarıtmaz icra edir. Bu yerdə haqlı sual otraya çıxır. Görəsən, nazirlik əməkdaşları xalqı narazı salmaqda nə məqsəd güdürlər?

Dövlət başçısı əhalinin sosial müdafiəsi üçün büdcədən bir dünya pul ayırıb. Amma nə yazıq ki, nazirlik “Ərəbzəngi” kimi dayanıb birdəfəlik müavinətlərin kasıb-küsuba çatması üçün min-bir bəhanə uydurur. Qardaş, pul dövlətin, sərəncamçısı da Prezident. Bəs sən kim olursan ki, 2 aydır evdə oturan yetim-yesirin risqinə girirsən? Heç olmasa barışıq, xeyirxahlıq ayı olan Ramazanda bir az insafa gəl., kasıbı sevindir. Özü də şəxsi pulunla yox, Dovlətin və onun rəhbəri olan Prezidentin ayırdığı vəsaitilə…

Təəssüf doğuran məqamlardan biri də odur ki, həmin kasıb-kusubun səsi ilə deputat kreslosu qazanan hörmətli millət vəkilləri belə bir həssas məqamda susurlar. Susmaqları azmış kimi Milli Məclisin aprelin 24-də keçirilən son iclasında hörmətli deputatlarımız nəyin davasın döysələr yaxşıdır?! Köməkçilərinin təyin olunmasının gecikməsini. Məşədi İbad demiş: heç hənanın yeridir.

Bu gün koronavirus pandemiyası təkcə dövlətləri sınağa çəkmir, həm də insanların imanını, sədaqətini və əqidəsini imtahan edir. Bu gün Prezidentə sözdə deyil, əməldə sadiq olanlar dövlətin xalqa uzanan əlinə dəstək olmalıdır. Bu xeyirxah əli şəxsi maraqları üçün bükmək istəyən büroktarlar isə ifşa olunmalıdırlar. Bu vəzifə isə ən öncə hörmətli millət vəkillərinin üzərinə düşür.

Surxay Atakişiyev

  • Ruslan
    Aprel 28, 2020 - 13:24

    190mant bize verlimeyib

    • Metanet
      Aprel 30, 2020 - 21:39

      Hele SMS yoxdur…gozleyirem…wdyomssss

  • Sebahet
    Aprel 28, 2020 - 13:40

    Bizə sms gəlməyib heç nə hə nə yox cavabı ayın 9 kecmiwiy qeydiyadan

  • Tahir Dəmirov
    Aprel 28, 2020 - 13:46

    Mənə dediləe adına maşın var.maşın etibarnamə ilə satılıb.mən evdə qalmışam ailə uşaqa mən cavab verməkiyəm nə deyim ???

  • Turac
    Aprel 28, 2020 - 13:50

    Mənə heç esm gəlməyib

  • Elmeddin Qarayev
    Aprel 28, 2020 - 14:38

    mene imtna geldiki siz dovletden muavinet alirsiz ama men ve yoldawim hec bir dovletden gelirimiz yoxdu xaiw edirem duzgun baxilsin menim muracetimize duzgun baxilsin menim arxivime muracietimi cenab nazir sahil babayev menim hec bir dovletden gelirim olmuya olmuya mene niye imtina gelmelidi yeniden baxilsin menim muracetime

  • Elmar
    Aprel 28, 2020 - 15:02

    Allah belalarin versin.

  • Qurban quliyev aydin oglu
    Aprel 28, 2020 - 15:19

    Menede verilmeyib nolacax agri

    • Terane
      May 8, 2020 - 13:48

      Mene imtina gəldi 190 manat düşmədi. Adıma nəqliyyat vasitəsi çıxıb deyə. Fort tranzit köhne yük maşını. Bununla atasız 2- usaqa corey pulu qazanırdım. 2- uşaq indi bu maşını yesin. 2- aydır İslemirem. Oturmuşuq evde mənim usaqkarim dəmiri yesin. Dövlət məmurları yesin yetimin haqqını? Bu düzgündürmü? Belə şey olar? Haqqimiz olanı yeyə bilmiriy biz. Menim 2- atasız uşaqlarım nə yesin indi? Aliment verilmir mene. Hara yazıram baxmırlar? Bezirre adam təmiz? İcraçıya deyirem mənim alimentimi al ver mene. Uşaqlarım açdı. Deyir mənə gel vaz keç. Verən zibil deyil deyir mənə. Niye ? Belede şey olar?

  • Qurban quliyev aydin oglu
    Aprel 28, 2020 - 15:23

    Menede verilmeyib nolacax agri 190 manat

  • Murad
    Aprel 28, 2020 - 15:38

    Mene sms gelmedi

  • Muxtar Memmedov
    Aprel 28, 2020 - 15:40

    Mene sms gelmedi

  • Lalə
    Aprel 28, 2020 - 15:53

    Məndə qaynanam üçün yazdım. Yoldaşıda rəhmətə gedib .20 gündü azpost saytında heçnə yoxdu. Səhvim mobil nömrə hissəsinə ev telefonu yazmağım oldu

  • Ayaz
    Aprel 28, 2020 - 15:55

    Men dovletden hec bir subsidya almamisam,. amma sms cavab gelib ki, subsidiya almışam güya. Men hara muraciet ediremsede cavab verilmir mene.
    Şikayətimi kime bildirim men???

  • Əli
    Aprel 28, 2020 - 16:06

    Kimə mesaj gəlmiyibsə heç gözləməsin … Çün ki gecikən mesajlar həmişə imtina mesajı olur

  • Əlisa
    Aprel 28, 2020 - 16:07

    Kimə mesaj gəlmiyibsə heç gözləməsin … Çün ki gecikən mesajlar həmişə imtina mesajı olur

  • Mənsur
    Aprel 28, 2020 - 16:33

    mene yaziblar ki adinda masin var halbuki menim adimda msin yoxdur

    • Lətafət
      May 5, 2020 - 01:56

      Salam,menede ele yazıblar,adma hecne yoxdu

  • Davud
    Aprel 28, 2020 - 16:36

    Mən və yoldaşım heç bir yerdə işləmişik bizim adımıza verqi ödəyicisi kimi qeydiyyata alınıb xaiş edirik bizim hamımızı verərdiz

  • Anar
    Aprel 28, 2020 - 16:48

    Heqiqeten ehtiyaci olanlara verilir

  • Эмин
    Aprel 28, 2020 - 17:07

    Subsidiya verilib deye mene imtina gelib .Subsidiya da 91.40 manat gelib torpagcin dərman almaq üçün. İnddi də fikirləşə galmişamki bular bunu mənə dolanmagcun veriblər yoxsa torpagcun dərman almağa ? Yaxşı dolanmaq üçün Dirsə hanı 100manat? Mən ayləliyəm iki uşağım var indi bu aldığım subsidiyanan üç ay necə dolanmaq olar?142 gaynar xəttində zəng edirəm şikayətimi bildirim ama zəng çatmır yanı haçan zəng edirəm sönür öz özünə. Qalmişamki kimə deyim

  • Murad
    Aprel 28, 2020 - 20:36

    Qeydiyyatın,müraciətlərin vaxtı belə tez bitməməliydi.Bizdən bir nəfərin nə işi,nə torpagı var.Qeydiyyata gecikmişik tez bitdi.Bunu prezidentimiz nəzərə alıb vaxtı uzataydı.Çünki çox adam ala bilməyib

  • Anar
    Aprel 28, 2020 - 21:23

    1aydan coxdu qeydiyatdan kecmisem hele hec ne yoxdu bir SMS nedi oda gelmir demeli boş şeydi

  • vuqar ismayilov
    Aprel 29, 2020 - 00:38

    mene imtina mesaji geldi ki adimda 2ve daha artiq dawinmaz emlak var ama menim sadece yawadigim bir ev var hec bir emlakim yoxdu artiq bu nece ola bilir

  • Tahir
    Aprel 29, 2020 - 01:08

    Mənədə 190. Manat vermədilər adımada heçnə yoxdu səbəbi bilinmir

  • Eldar Kərimli
    Aprel 29, 2020 - 02:01

    Cavab mesajları nə vaxta gəlir ?
    Bilən varsa yazsın xaiş
    Mənim vəziyyətim həqiqətən ağırdır
    Kirayə pulunu verməmişəm

  • Nəzakət əliyeva
    Aprel 29, 2020 - 06:46

    Ayin 9 dan kecmisem qeydiyatdan tek anayam bir usagla kiraye qaliram men menim ustumde hami aldi mennen sonra kecenlerde aldi birce bizde alabilseydjk kirayemizi odeyerdjk. Yardimla baglida butun kanallara yazdim baxilmadi bunlar neylemey isteyirler men bas acmiram menim usagim geleceyin eskeridi zeyif dusenden sonra nece xidmet edecek bu usag he 14 yasi var .

  • Nofəl
    Aprel 29, 2020 - 07:24

    Bu günə kimi mənə cavab gəlməyib.Ya rədd edin işimizi bileyde.

  • Elshan
    Aprel 29, 2020 - 08:04

    Haram olsun!!!

    • Mətin
      Aprel 29, 2020 - 11:42

      Mənə imtina cavabı gəlib ki guya yoldaşımın adına 2 və daha artıq nəqliyyat vasitəsi var ancaq hələ mən subayam mən nə vaxt evləndim ki yoldaşım olsun onun da 2 ədəd nəqliyyat vasitəsi olsun bu biabırçılığı kimə deyək belə bir biabırçılıq inanmıram ki dünyanın hansısa bir ölkəsində olsun

  • Mətin
    Aprel 29, 2020 - 11:46

    Mənə imtina cavabı gəlib ki guya yoldaşımın adına 2 və daha artıq nəqliyyat vasitəsi var ancaq hələ mən subayam mən nə vaxt evləndim ki yoldaşım olsun onun da 2 ədəd nəqliyyat vasitəsi olsun bu biabırçılığı kimə deyək belə bir biabırçılıq inanmıram ki dünyanın hansısa bir ölkəsində olsun

  • Halduneleskerov
    Aprel 29, 2020 - 13:33

    Mene cavab gelmedi niye

  • Məsi Mürselov
    Aprel 29, 2020 - 21:27

    Menede cavab gəlməyib

  • Elnur
    Aprel 29, 2020 - 22:38

    Adima banka olan 6000 borcu,evsiz oldugumu,iwsiz oldugumu gormurler amma adima mawin oldugunu tez gorub bizede dovletin ayirdigi 190 manata goz qoydular.

  • Züleyxa
    Aprel 30, 2020 - 02:58

    Mən-Əliyeva Züleyxa Şükür qızı, 8 aprel 2020-ci ildə elektron qaydada işsiz kimi qeydiyyatdan keçmişdim (ona qədər də Sumqayıt məşğulluq idarəsində 9 ildir ki, işsiz kimi qeydiyyatdaydım,bu illər ərzində dəfələrlə ora ilə maraqlansam da, heç vaxt mənə iş təklifi olmayıb!)
    Bunlar bir tərəfə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi elə “güclü” işləyir ki,22 gün gözlədəndən sonra 30 aprel gecə 2.16-da mənə yazıblar:”ərinizin (arvadınızın) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün… imtina edilmişdir”! Ay Sahil Babayev, Babək Hüseynov, Fazil Talıbov, mənim nə arvadım, nə də əim var!!! Şəxsiyyət vəsiqəmdə də aydın yazılıb:”SUBAY”!!!. Məşədi İbad demişkən: “Gəlini gətirəndə baxmazlar arvadıdır, ya kişi?!”

  • Züleyxa
    Aprel 30, 2020 - 03:18

    Mən ikinci dəfədir şərh yazıram. 8 apreldə qeydiyyatdan keçmişdim, ona qədər də 9 ildir ki, yerli məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda idim. 30 aprel gecə 2.16-da SMS gəlib: “ərinizin (arvadınızın) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün… imtina edilmişdir”. Ay Sahil Babayev, Babək Hüseynov, Fazil Talıbov, mənim nə arvadım, nə də ərim var!!! Şəxsiyyət vəsiqəmdə də aydın yazılıb”SUBAY”!!!

  • Elvir
    Aprel 30, 2020 - 10:42

    Bu camahati niye bu qedem dolayirsiniz ayib deyir tupurum o 190 manatjn icine ozunuze hormet qoyun da ayibdi men subay insanam 31 yasim var ne isim ne masinim nede arvadim yogdu yalan danismayin Bu gozel gunde orucluq gununde ayibdi camahati ele saymayin

  • Vusale
    May 1, 2020 - 00:58

    Menede sms geldiki pensiya alirsan 190 manat dusmur tek basima onkoloji xeste qadin 2 ogul boyudurem kiraye verirem nece edim.

  • Eldar
    May 3, 2020 - 19:14

    ALLAHMIZA ARXALANAQ DOSDLAR BIZ KASIBLARINDA ALLAHI VAR. ALLAHMIZ YANIMIZDADI .190 AZN 2 KES VERIRLER HEC OLMASA ALMIYANLARA PAYLAYIN O PULU.1 KERE ALANLAR TAY HIS EDIB O HISSI ALMIYANLAR SMS HAYINDADI .MENDE FEHLE ADAMAM TEK IWLEYIREM EVDE.

  • KƏRİMOV CABİR
    May 4, 2020 - 06:39

    salam mən məcburi köçkünəm aildə 4 nəfərik yoldaşım qaçqın deyil ailədə iki nəfər çörək pulu alırıq 60m buna görə nə yoldaşıma nədə mənə 190m vermədilərki çörək pulu alırsız.bu pulla dolanmaq olar??

  • MƏMİŞOVA QƏNDİLİ
    May 4, 2020 - 06:43

    salam mənim 61 yaşım var 130m penisya alıram yoldaşımın 63 yaşı var heç bir penisyə almır nədə işləmir serroz xəsdəsidi.heç birimizə 190m düşmədiki 130m penisya alırsız.o pulla mən dərman alıram yoldaşıma bəs nəylə dolanaq.çox xaiş edirəm bizədə verilsin

    • Qendili
      May 7, 2020 - 17:30

      Ay emi mende yoldawimda iwlemirik yoldawim mecburi kockundu 33 manat corek pulu alir. Bu 33 manata gore 190 manat verilmedi bize hara kime deyesen?

  • Gülxanım
    May 4, 2020 - 09:43

    Menim müraciətimə imtina gəldi səbəbsə yoxdu .Lakim mene düşeceyinden 99 faiz əmin idim çünki işləmirem 1ildi diplomumu almısam evlide deyilemki deyim belkem yoldaşımı ayağında maşın torpaq var siz nece bu qeder qeddarsız axı bu gözel ayda kasibların hakkın yeyisiz bu esemesi 25 defe deyil 45 defede yoxlansa mene düşür normal yoxlayib düzgün cavab vereydinizdə İndi ki vaxtdada siz öz menfəətinizi düşünürsünüz elə bu koronada sevdiylerinizden esasende özünüzden yapışsın yaxanızdan buraxmasin heç

  • Şahin
    May 7, 2020 - 10:34

    Bunlar əhaliyə ayrılmış pulları yeyib dağıdıblar,indidə qalıblar çıxılmaz vəziyyətdə camaata yalandan imtina sms-ləri göndərirlər.hec inandırıcı deyilki 600 min nəfərin hamısına bu pullar verildiyi.menede imtina mesajı gəlib yalan səbəb göstərilərək.axi hörmətli prezidentimiz tapşırıq vermişdi ki,işsiz və işlərin itirmiş vətəndaşlara verilsin bu pullar.ay şərəfsiz məmurlar bəsdirin bu milletin haqqin yediyimiz.siyahi dəqiq yoxlanılsa bu pulları alanların yarısı dovletemurlarinin qohumları tanışları.

  • M,m
    May 8, 2020 - 11:31

    Məndə imtina sms geldi. yoldaşıma verilən 190 pula göre3 uşağımız var heçbir yerdə işləmişik 190 manat aylde bir nefere veriler ya ərə yada xanımına 3 az yaşlı uşağı olanlar bu pula neçə dolansın??

  • Abdullayev Əlvan Əli oglu
    May 8, 2020 - 13:20

    Mənim müraciətimə baxilib.mene və həyat yoldaşıma da sms gelib ki,sizə 190 manat duwmur.amma səbəbi qeyd edilməyib nəyə gore.mende yoldaşımda heç bir yerdə iwlemeyirik.xaiw edirik bizim sənədlərinizi yenidən baxılsın və nəyə görə 190 manat verilmədiyi səbəbi smsde gosterilsin

  • Aygul
    May 8, 2020 - 13:38

    Bu ne demekdi men bawa duwe bilmirem wexsi oz fikirimi bir vetendaw kimi deyirem mene esassiz bir sms gelib gexe saat 4 dun yarsi kii azteminatliq meyarina uygun gelmediyiniz ucun birdefelik 190 manat verilmesinden imtina edilmiwdir .. bu hansi Iwcidiki gece oturub iwleyir .. hamiya saat 11 iradelerinde seher idarelerinde sms gelib ozude 190 manat verilib ama bize gelende gecenin bir yarisi imtina geliib cox adama xaiw edirem yeniden esassiz imtina gonderdiklerinizcun portala daxil olmaq imkani yaradasiniz artiq derecede xaiw edirem sizden Cenab Prezidentimiz…..

    • Elnur
      Avqust 27, 2020 - 09:28

      Vermediler

  • Elnur
    Avqust 27, 2020 - 09:27

    Men terterden yaşayıram bizim rayona 190 verdiler 2 ay. Sonra dedilər ki terter qaranti elan edilmesin

Anar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*