1965-1996-cı illərdə anadan olanlar daha çox xərçəngə tutulur – “Daily Mail”backend

1965-1996-cı illərdə anadan olanlar daha çox xərçəngə tutulur - “Daily Mail”

On milyonlarla diaqnozun təhlili göstərib ki, 1965-1996-cı illərdə doğulanların əvvəlki nəsillərə nisbətən 17 növ xərçəngə tutulma ehtimalı daha yüksəkdir.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb

Alimlər 25-84 yaş arasında olan 23 milyondan çox xərçəng xəstəsinin məlumatlarını təhlil ediblər. Xəstələr 1920-ci ildən 1990-cı ilə qədər doğum illərinə görə bölünüblər.

X nəslinin (1965-1980) və millenialların (1981-1996) 17 növ xərçəngə tutulma ehtimalı boomerlərə (1946-1964) nisbətən üç dəfə çox olub. Onlarda döş, uşaqlıq, yumurtalıq və prostat şişləri üstünlük təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə 20 milyona yaxın xərçəng hadisəsi aşkarlanıb. 2050-ci ildə bu rəqəmin 35 milyondan çox olacağı proqnozlaşdırılır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*