1975-ci ildə Pinoçetə verilən medal GERİ ALINDIbackend

1975-ci ildə Pinoçetə verilən medal GERİ ALINDI

İspaniyadakı sol koalisiya hökuməti 1973-cü ildə çevrilişlə Çilidə hakimiyyətə gələn diktator Auqusto Pinoçete 1975-ci ildə verilən “Böyük Hərbi Xidmətə görə medalı” geri alıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Şurasının iclasında qəbul edilən qərar Çilidə Pinoçetin sosialist prezident Salvador Alyendeni devirərək hakimiyyəti ələ keçirdiyi çevrilişin 50-ci ildönümünə təsadüf edib.

Mövzu ilə bağlı açıqlama verən İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, “50 il əvvəl Çili demokratiyası dünyanı sarsıdan vəhşi hücumun qurbanı olub. 11 sentyabr tarixi bir ədalətsizliyi aradan qaldırma zamanıdır”

Çili Prezidenti Qabriel Boriç İspaniya hökumətinə təşəkkür edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*