Yaponiya Müdafiə Nazirliyi Çin ordusuna aid Y-9 tipli hərbi təyyarənin yerli vaxtla saat 11.29-da Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiyanın hava məkanına daxil olduğunu bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin açıqlamasında təyyarənin təxminən 2 dəqiqə ərzində Yaponiya hava məkanını pozduğu bildirilib.
Məlumata görə, döyüş təyyarələri cavab vermək üçün hərəkətə keçib, lakin Çin təyyarəsi həmin vaxt Yaponiya hava məkanını tərk edib. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər nazirinin müavini Masataka Okano bazar ertəsi axşam Çinin Tokiodakı səfirliyindəki müvəqqəti işlər vəkilini çağıraraq baş verənlərlə bağlı qəti etirazını bildirib və Pekindən belə halların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməsini istəyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az