Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları 2 milyon dollara uran satmağı planlaşdıran şəxsi saxlayıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Gürcüstan Prokurorluğu ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində radioaktiv maddənin qanunsuz satışına cəhd faktı üzrə bir nəfəri saxlayıb”, – məlumatda deyilir.
Bildirilib ki, saxlanılan şəxs Poti şəhərində radioaktiv maddə satmağa cəhd edib.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxsi 10 ilədək həbs cəzası gözləyir.
İqbal Rzayev,
KONKRET.az