2 qonşumuz dollardan imtina edirbackend

2 qonşumuz dollardan imtina edir

Azərbaycana iki qonşu dövlət qarşılıqlı ticarətdə dollardan imtina edəcək.

KONKRET.az xəbər verir ki, İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.

Bu barədə Rusiyada səfərdə olan İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi jurnalistlərin suallarına cavab verərkən bildirib.

Onun sözlərinə görə, Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər.

A.Salehabadi əmin olduğunu bildirib ki, həm İran, həm də Rusiya sazişlərin müsbət nəticələrini hiss edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*