20 yanvar hadisələri bakılıların həyatını “əvvəl” və “sonra”ya böldü – Lev Spivakbackend

20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak

1990-cı il 20 yanvar faciəsi dəhşətli və qorxunc hadisədir.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

O bildirib ki, həmin hadisələri hər kəs xatırlayır:

“O vaxt şəhərdə olan bakılılar həmin dəhşəti xatırlayır. Heç kim gözləmirdi ki, ölkənin ordusu şəhərə daxil ola və dinc sakinləri atəşə tuta bilər. 1990-cı il 20 yanvar hadisələri bakılıların həyatını “əvvəl” və “sonra”ya böldü. Faciədən əvvəl heç kimin şəhəri tərk etmək fikri yoxdu, amma həmin hadisələrdən sonra bir çox bakılı dünyaya səpələndi”.

L.Spivak əlavə edib ki, “Azİz” Beynəlxalq Assosiasiyası hər il İsraildə “Qara yanvar” faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*