200 min dollar oğurlayan xadimənin istintaqı yekunlaşdı – BAKIDAbackend

200 min dollar oğurlayan xadimənin istintaqı yekunlaşdı - BAKIDA

Bakıda külli miqdarda oğurluqda təqsirləndirilən Lamiyə Abbasovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

KONKRET.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb.

Orada yaşayan, “Şərq-Qərb” nəşriyyatının rəhbəri Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları oğurlanıb.

Hüquq-mühafizə orqanları keçirdiyi əməliyyat-axtarış əməliyyatları zamanı oğurluğu törətməkdə təqsirləndirilən evin xadiməsi Lamiyə Abbasova tutulub.

Onu da qeyd edək ki, Asəf Mehdiyevin AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*