“2008-ci ildə rus qoşunları Tbilisinin qapısında dayananda indiki qədər narahat deyildim” – Saakaşvilibackend

"2008-ci ildə rus qoşunları Tbilisinin qapısında dayananda indiki qədər narahat deyildim" - Saakaşvili

“Gürcüstan müstəqilliyini tam itirməyə və dövlətçiliyin ləğvinə həmişəkindən daha yaxındır”.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu fikri məhkəmədə distansion çıxışı zamanı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

O bildirib ki, 2008-ci ildə Rusiya qoşunları Tbilisinin qapısında dayananda daha sakit olub: “Əmin idim ki, Gürcüstanın müstəqilliyinə heç bir təhlükə yoxdur, çünki gürcü xalqı vahid idi və bütün dünya bizi dəstəklədi. İndi biz dünyanın dəstəyindən məhrum olmuşuq və bizi parçalamağa, hissələrə bölməyə çalışırlar”.

Eks-prezident xatırladıb ki, 2013-cü ildəki son prezident çıxışında gənc nəslin həlledici sözü deyəcəyini proqnozlaşdırmışdı. “Onların əsas üstünlüyü nədir? Bu gənclər müstəqil Gürcüstanın olub-olmayacağını, Gürcüstanın harada duracağını soruşurlar. Onlar öz karyeraları və digər şəxsi eqoist fikirlər barədə düşünmürlər, çünki azadlıq olacaqsa, hər kəsin imkanı olacaq, azadlıq yoxdursa, heç bir şeyin mənası yoxdur”.

O, siyasi spektri və cəmiyyəti birliyə və fəal olmağa çağırıb.

“Mən birliyə çağırıram. Biz istənilən güzəştə getməyə hazırıq: neytral nömrə, ümumi siyahı. Biz hamımız əmin olmalıyıq ki, Gürcüstanın səsi bütün dünyada eşidilsin, çünki dünya Gürcüstana heyranlıqla baxır. Nə qədər fəal olsaq, bir o qədər çox dəstək alacağıq”, – Saakaşvili bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*