Edqar Elbakyan erməniləri TƏŞVİŞƏ SALDI: “2018-ci ildə Ermənistanda türk inqilabı olub”backend

Edqar Elbakyan erməniləri TƏŞVİŞƏ SALDI: “2018-ci ildə Ermənistanda türk inqilabı olub”

“Ermənistan hakimiyyəti üçün Azərbaycan düşmən deyil”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikiri politoloq Edqar Elbakyan səsləndirib. O, 2018-ci ildə Ermənistanda “türk inqilabı”nın baş verdiyini deyib:

“Ermənistan hakimiyyətinin tezisləri Türkiyə və Azərbaycanın tezisləri ilə üst-üstə düşür. Ermənistanın indiki hakimiyyəti 1990-cı illərdən bəri Qərb tərəfindən qidalanıb və indi Türkiyənin maraqlarına xidmət edir. Əgər indiki hakimiyyət Ermənistanın maraqlarına xidmət etsəydi, Qara göl uğrunda döyüşməyə hazır olmadığını deməz, ordunu məhv etməz və günahı silahlı qüvvələrin üzərinə atmazdı”, – deyə Elbakyan vurğulayıb.

Erməni politoloq əlavə edib ki, indiki mərhələdə Ermənistan hakimiyyəti xidmət etdiyi güc mərkəzlərindən Rusiya üçün ikinci cəbhə açmaq məqsədilə göstərişlər alıb: “Laçın dəhlizi məsələsində Ermənistan hakimiyyətinin tənqid hədəfi düşmənin özü deyil, strateji müttəfiqidir. Ermənistan hakimiyyəti üçün Azərbaycan düşmən deyil. Əliyevin Ermənistan ordusunun bərpasının və əhalisinin 5 milyon nəfərə çatdırılmasının qəbuledilməzliyi ilə bağlı bəyanatlarına niyə cavab vermədilər?”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*