Meksika Milli Miqrasiya İnstitutu (INM) prezident Andres Manuel Lopez Obradorun 2018-ci ildə hakimiyyətə gəlişindən bu yana 1 milyon 740 mindən çox immiqrantın ölkəyə sığındığını açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, əcnəbilər haqqında dərc olunan hesabatda bildirilib ki, bu şəxslərə ölkədə qalmaları üçün qanuni sənədlər verilib, onlardan 510 mindən çoxuna humanitar qayğı səbəbilə sığınacaq verilib.
COVID-19 pandemiyası və ABŞ-ın immiqrasiya siyasəti nəticəsində Meksikaya müraciətlər daha da artıb. ABŞ-ın o zamankı prezidenti Donald Trampın COVID-19 epidemiyası zamanı immiqrantlara qarşı həyata keçirdiyi tədbirlər çərçivəsində yüz minlərlə mühacir Meksika ərazisinə geri göndərilib.
Vaşinqtonun bu təzyiqi Meksikanı ABŞ tərəfindən deportasiya edilən mühacirləri qəbul edən ölkəyə çevirib.
Günel Mikayılova,
KONKRET.az